"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu yeni təklif alıb. Fanat.az xəbər verir ki, Rumıniya Futbol Federasiyası 46 yaşlı mütəxəssisə yığmanı təklif edib.
Amma Muntyanu təklifdən imtina edib. O, "Qəbələ" ilə müqaviləsinin olduğunu və işini davam etdirmək istədiyini bildirib.
Qeyd edək ki, Rumıniya yığmasının baş məşqçisi Viktor Pitursa bir neçə gün əvvəl istefa verib. Federasiya komandanı müvəqqəti olaraq Anxel İordaneskuya tapşırıb.
Fanat.az