Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Astra” – “Zirə” oyunundan bir gün əvvəl baş tutacaq mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı bəllidi. Fanat.Az xəbər verir ki, Eduard Yordanesku Bakı vaxtı ilə saat 19:30-da media mənsubları önünə çıxacaq.
20:00-da isə “Astra”nın ilk 15 dəqiqəsi mətbuata açıq məşqi olacaq.
Ayxan Abbasov 21:00-da jurnalistlərin suallarını cavablandıracaqsa, 21:30-da “Zirə” oyunöncəsi son məşqinə çıxacaq.
Hər iki mətbuat konfransı “Marin Anastasoviçi” arenasının mətbuat zalında, məşqlər isə stadionun meydançasında baş tutacaq.
Fanat.Az