George Çixradze "Araz Naxçıvan"la oyunla (4:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Simurq”un baş məşqçisi darmadağını şərh edib:
“Bu gün çox yaxşı oynadıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəşad Eyyubovu 3 qol vurması münasibəti ilə təbrik edirəm. İlk hissədə top itirsə də, sonradan het-trik edib yaxşı hücumçu olduğunu nümayiş etdirdi. Azarkeşin istəyi çox qol görməkdi. Biz də bunun üçün çalışdıq. Çempionatda bütün rəqiblər güclüdü. Biz bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.
Fanat.az