Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gün IX turun son iki oyunu baş tutub.
Günün ilk matçında "Neftçi" "İnter"i qəbul edib. "Bakcell Arena"da keçirilən paytaxt derbisində hesab açılmayıb və komandalar hərəyə bir xal qazanıb - 0:0.
Turun son matçında "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib. Oyuna yaxşı başlayan "Qarabağ" ilk yarıda 3 qol vurub. Yeni transfer İnnosent Emeqara 19-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, 10 dəqiqə sonra dublunu rəsmiləşdirib. 33-cü dəqiqədə Cavid Tağıyev "Xəzər Lənkəran"ın qapısına yol tapıb. İkinci yarıda özünə gələn qonaqlar 54-cü dəqiqədə Qalin İvanovla fərqi azaldıb. 2 dəqiqə sonra Rauf Əliyev hesabı minimuma endirsə də, "Xəzər Lənkəran"ın bundan artığına gücü çatmayıb. Nəticədə "Qarabağ" 3:2 hesablı qələbə qazanıb.
Bununla da turnir cədvəlinin lideri dəyişib. Son çempion "Qarabağ" xal hesabını 17-yə yüksələdərək liderliyi ələ keçirib. "İnter" 16 xalla 2-ci, "Neftçi" 14 xalla 4-cü, "Xəzər Lənkəran" 11 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk iki oyun günündə 3 matç baş tutub. "Simurq" "Araz Naxçıvan"ı 4:0, "Qəbələ" "Sumqayıt"ı 3:1, "Bakı" AZAL-ı 1:0 hesabı ilə yenib.
Premyer Liqa
2013/14 mövsümü
I dövrə, IX tur
26 oktyabr
Neftçi - İnter 0:0
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 9. Flavinyo (k) (21. Samir Məsimov, 85), 10. Julius Vobay (11. Nikolas Kanales, 75), 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (23. Ruslan Qurbanov, 46), 27. Məqsəd İsayev, 90. Erenst Nfor.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 8. Elşən Abdullayev, 28. Emin Mehtiyev.
Baş məşqçi: Arif Əsədov.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze (4. İvan Benitez, 89), 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 12. Junior Nildo (28. Baçana Tsxadadze, 81), 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev (11. Asif Məmmədov, 71), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavko Georgievski, 7. Abdulla Abatsıyev, 10. Elvin Məmmədov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Elnur Allahverdiyev, 37 (qeyri idman hərəkəti). Mirhüseyn Seyidov, 38 (qeyri idman hərəkəti). Elvin Yunuszadə, 69 (qeyri idman hərəkəti) - Junior Nildo, 80 (qeyri idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Azər Əsgərov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
"Bakcell Arena". 300 tamaşaçı.
Qarabağ - Xəzər Lənkəran 3:2
Qollar: İnnosent Emeqara, 19-pen; 29. Cavid Tağıyev, 33 - Qalin İvanov, 54. Rauf Əliyev, 56.
Qarabağ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov (20. Riçard Almeyda, 56), 7. Namiq Yusifov (k), 8. İnnosent Emeqara (9. Reynaldo Silva, 63), 18. İlqar Qurbanov, 24. Admir Teli, 41. Leroy Corc (2. Qara Qarayev, 56), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 17. Vüqar Nadirov, 25. Ansi Aqolli, 33. Şəhriyar Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 10. Elnur Abdullayev (22. Əfran İsmayılov, 70), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 63. Alfred Sanko (28. Fernando Qabriel, 89), 97. Elnur Cəfərov (6. Rəşad Sadiqov, 38).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.
Sarı vərəqələr: Namiq Ələsgərov, 42 (qeyri idman hərəkəti). Tərlan Quliyev, 90+2 (oyunun bərpasını ləngitdiyinə görə) - Tyeqo, 18 (qeyri idman hərəkəti). Sadio Tounkara, 43 (qeyri idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Tofiq Bəhramov adına Respublika stadionu. 1200 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 8 | 5 | 2 | 1 | 14:8 | 17 |
2 | İnter | 9 | 4 | 4 | 1 | 20:4 | 16 |
3 | Qəbələ | 9 | 4 | 2 | 3 | 10:11 | 14 |
4 | Neftçi | 8 | 4 | 2 | 2 | 6:7 | 14 |
5 | Simurq | 9 | 4 | 1 | 4 | 13:8 | 13 |
6 | Sumqayıt | 9 | 4 | 0 | 5 | 11:14 | 12 |
7 | Xəzər Lənkəran | 9 | 3 | 2 | 4 | 11:9 | 11 |
8 | Bakı | 9 | 3 | 1 | 5 | 7:19 | 10 |
9 | AZAL | 8 | 2 | 3 | 3 | 7:11 | 9 |
10 | Araz Naxçıvan | 8 | 1 | 1 | 6 | 7:15 | 4 |
Bombardirlər | Rəşad Eyyubov (Simurq) - 6. Mikel Alvaro (İnter) - 5. Məhəmməd Qurbanov (Sumqayıt), Nurlan Novruzov (Bakı), Cavid Hüseynov (Qəbələ) - 4. |
Fanat.az