"Neftçi" Topaz Premyer Liqasının IX turunda "İnter"i qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi start heyətlərini açıqlayıb.
Arif Əsədov 3 dəyişiklik edib. Saşa Stamenkoviçi ehtiyatda saxlayan baş məşqçi qapını Emil Balayevə tapşırıb. Araz Abdullayevlə Ruslan Qurbanov da "11-lik"də yer almayıb. Araz ümumiyyətlə "18-liy"ə düşməyib, Ruslan ehtiyada qalıb. Əvəzində Julius Vobayla Erik Ramos ilk dəqiqələrdən meydana çıxmaq şansı qazanıb.
Kaxaber Tsxadadze isə cəmi bir əvəzetməyə əl atıb. Oğlu Baçana Tsxadadzeni ehtiyatda saxlayan gürcü baş məşqçi ötən tur 73-cü dəqiqədə meydana buraxdığı Junior Nildoya start heyətində şans vermək qərarına gəlib.
Fanat.az