“Avropa Liqasında II mərhələyə yüksəldiyimiz üçün sevinirik”. Bu sözlər “Fola”nın baş məşqçisi Jeff Ştrasserə məxsusdu.
Lüksemburq təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah “İnter”in qonağı olacaq.
Bu gün keçirilən mətbuat konfransında 43 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Sabahkı oyundan yaxşı oyun gözləyirik. “İnter”i təhlil etmişik, olduqca güclü komandadı. Düşünürəm ki, sabah bizi çətin oyun gözləyir”.
- “İnter”in hansı futbolçularını təhlükəli hesab edirsiniz?
- “İnter” intizamlı futbol oynayır. Güclü müdafiə xətti var. Özünəməxsuus oyun üslubuna malikdi. Əsasən standart vəziyyətlər və əks-hücumlarda təhlükəli olur. 8 (Nizami Hacıyev), 9 (Pərdis-Fərcad Azad) və 11 (Rauf Əliyev) nömrəli futbolçuları çox güclüdü. Manuel Skarlatakeni də qeyd edərdim. Həmçinin Elnur Abdullayevin də adını vurğulamalıyam. “İnter”in texnikalı futbolçuları var.
- Sabahkı oyunda hansı nəticə sizin üçün uğurlu sayılar?
- Oyunöncəsi nəsə demək çətindi. Amma növbəti mərhələyə adlamaq üçün burdan yaxşı nəticə ilə dönməliyik.(Apasport.az)
Fanat.Az