09:30 27.10.2014 183

Süleymanovun "QUŞ" nağılı və ya sürət həddini aşma! - "ÖTƏN HƏFTƏ"

Fanat.az keçən həftədən etibarən yeni rubrikaya start verib. "Ötən həftə" adlanan rubrikanın məqsədi yola salınan həftənin ən maraqlı və əsas olaylarını oxucular üçün xatırlatmaqdı.

Safet Suşiçə 3 milyon avro?

Berti Foqtsun istefasından sonra boş qalan millimizin baş məşqçi postuna namizədlər çıxmağa başladı. Ölkə mediasının ortaya atdığı iddialarla yanaşı, ötən həftə ərzində xarici mətbuat da bir neçə namizədi açıqladı. Onların arasında ən çox diqqət çəkəni Safet Suşiç oldu.

Bosniya və Hersoqovina yığması ilə son dünya çempionatının iştirakçısı olmuş mütəxəssisə AFFA-nın illik 3 milyon avro təklif etdiyi deyilir. Lakin Suşiç vətənindəki işini atıb ölkəmizə gəlməyə razılıq verməyib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə bu mütəxəssisə təklif göndərmədiklərini, bir menecerin onu AFFA-ya təklif etdiyini deyib. 

Görünür, AFFA baş məşqçi təyinatını bir az da uzatsa, Joze Mourinyodan tutmuş Aleks Ferqyusona qədər bir çox məşqçini millimizə sırımağa çalışacaqlar.

"İnter"də "zəlzələ"

Bakı "İnter"i bir müddət əvvəl anonsunu verdiyi kadr islahatlarına start verdi. Klubdakı işinin nədən ibarət olduğunu heç kimin bilmədiyi direktor Natiq Məmmədov, menecer Fərəc Əliyev və köməkçisi Sərxan Həsənov vəzifədən azad olundu. Natiq Məmmədov əvvəlcə xəbəri təkzib etsə də, çox keçmədən onların qovulmasını klub rəsmən təsdiqlədi. "İnter" gedənlərin yerinə yeni təyinatları noyabrda açıqlayacaq. Çox güman bu postlara ölkə xaricindən mütəxəssislər dəvət olunacaq. 

Bir sözlə, "İnter" əcnəbiləşməkdə davam edir. Prezidenti, baş məşqçisi əcnəbi olan klubun direktoru da, meneceri də legioner olacaq...

"Neftçi"lilər sürət həddini aşır

Ötən həftənin ən çox diqqəti cəlb edən hadisələrindən biri “Kəpəz”də icarə əsasında çıxış edən “Neftçi”nin futbolçusu Vurğun Fərəczadənin avtoşluq etməsi oldu. Qubadan Bakıya qədər olan məsafəni maşınla 45 dəqiqəyə qət edən futbolçu utanmadan bunu öz sosial şəbəkə hesabında qeyd edib. Bildirib ki, avtomobilini saatda 190-200 km sürətlə sürüb. Bunun nəticəsidi 168 kilometrlik yol cəmi 45 dəqiqəyə qət olunub.

Maraqlıdı ki, 2013-cü ildə avtomobili ilə 2 nəfəri vuran və 1 nəfərin ölümünə səbəb olan "Neftçi"nin digər futbolçusu Araz Abdullayev sosial şəbəkədə Vurğuna maşını sürətli idarə etməməyi məsləhət görüb. Necə deyərlər, başına gələn başmaqçı olar...

"Qarabağ" tarixi yazır

Həftənin ən önəmli olayı təbii ki, "Qarabağ"ın Avropa Liqasındakı növbəti oyunu oldu. "Sent-Etyen"lə "sülh" bağlayıb (0:0), "İnter"ə uduzan (0:2) Azərbaycan çempionu Kiyevdə tarix yazdı. "Dnepr"in qonağı olan Qurban Qurbanovun yetirmələri 1:0 hesabı ilə qalib gələrək həm turnir cədvəlində ikinci pilləni ələ keçirdilər, həm də Azərbaycan klublarının qrup mərhələsindəki ilk qələbəsinin müəllifi oldular.

Matçın yeganə qolunun müəllifi Muarem Muarem isə klubunun tarixinə düşdü. Belə ki, o, "Qarabağ"ın qrup mərhələsində ilk qoluna imza atan futbolçu oldu.

UEFA heç birinə acımadı

Ötən həftə dünya futbolunda da önəmli hadisələr oldu. Bunlardan biri də UEFA-nın Serbiya - Albaniya matçı ilə bağlı qərarı idi. 

Oktyabrın 14-də keçirilən və yarımçıq dayandırılan qarşılaşmaya görə UEFA Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verdi. Lakin serblər bu xallara görə sevinə bilmədi. Çünki Avropa futbol qurumu bu ölkənin yığmasını 3 xalı silməklə cəzalandırdı. Bundan başqa Serbiya UEFA bayrağı altında keçirəcəyi növbəti iki oyunu azarkeşsiz oynayacaq. Həmçinin hər iki komanda 100 min avro cərimə ödəyəcək.

Bu da futbolu siyasətə, stadionu savaş meydanına çevirməyin nəticəsi...

Tahir Süleymanovun "QUŞ" nağılı

"Neftçi"dəki işini itirdikdən sonra "kölgə"yə çəkilən Tahir Süleymanov deyəsən işsizlikdən yorulub. Bunun nəticəsidi ki, keçmiş hakim və vitse-prezident bu dəfə özünü mətbuatda sınamaq qərarına gəlib.

Belə ki, Süleymanov köşə yazarı olmaq eşqinə düşüb və ilk yazısı komanda.az saytında dərc olunub. "Sən quşsan, quş" sərlöhvəli yazıda Cənubi Kiprdən vurub Ərəbistandan çıxan, dəvədən, dəvəquşundan danışan keçmiş vitse-prezident "kimlərin"sə bostanına daş atıb. "Kimlər"in kim olduğunu biz demirik, yaxşı olar özünüz oxuyub qərar verin ("Sən quşsan, quş" yazısını oxumaq üçün TIKLA).

Qalmaqalsız "El-Klasiko"

Həftəsonu bütün dünyanın diqqəti Madridə - futbolun ən böyük oyunu hesab olunan "Real" - "Barselona" matçına yönəlmişdi. "Santyaqo Bernabeu" stadionunda son illərin bəlkə də ən səssis "El-Klasiko"su baş tutdu. 90 dəqiqənin tamamında nə meydanda dava düşdü, nə də kənarda. 

Oyuna gəlincə, hesabı 4-cü dəqiqədə Neymar açdı. "Real" buna 31 dəqiqə sonra Kriştiano Ronaldonun penalti qolu ilə cavab verdi. İkinci yarıda Pepe və Kərim Benzemanın qollarına sevinən "Kral Klubu" əzəli rəqibini 3:1 hesabı ilə yenərək ikinci pilləyə yüksəldi. "Barselona" isə həm cari mövsümdə ilk dəfə məğlub oldu, həm də ilk dəfə qol buraxdı. 

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2025
22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

10:13

Fərid Qayıbov federasiyalarla MDB Oyunlarına hazırlığı müzakirə etdi

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

Minifutbol: Azərbaycan millisi dünya çempionu ilə qarşılaşır

09:00

“Milan” Teo Ernandesi sabiq “Barselona”lı ilə əvəz edir

00:35

Azərbaycan çempionatı başa çatdı

00:16

DÇ: 1/8 final mərhələsinin cütləri bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X