"Simurq" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze Benjamin Lambotun xidmətindən məhrum olub.
Belçikkalı yarımmüdafiəçi cəzalı duruma düşüb. "Araz Naxçıvan"la matçın 59-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Lambot 4-cü sarı vərəqəsini alıb. Bu səbəbdən o, X turun AZAL-la oyununu buraxacaq.
Qeyd edək ki, Lambot bundan əvvəl "Xəzər Lənkəran" (III tur), "Qarabağ" (VI tur) və "İnter"lə (VIII tur) oyunlarda sarı vərəqə almışdı.
Fanat.az