Sabah Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
Mərasimdə Azərbaycan klublarının da mümkün rəqibləri müəyyənləşəcək. Püşkatmada hər 3 təmsilçimiz - "Qəbələ", "İnter" və "Zirə" iştirak edəcək.
Püşkatamaya 25 klub birbaşa qatılacaq. Onlara II təsnifat mərhələsinin 33 cütlüyü qoşulacaq. III təsnfat mərhələsində 58 klub mübarizə aparacaq və onlar 29 cütlük təşkil edəcək.
Təmsilçilərimizdən yalnız "Zirə" "Səpələnmişlər" səbətində yer alıb. Buna səbəb "Zirə"nin rəqibi "Astra"nın reytinqinin yüksək olmasıdı. Təmsilçimiz Rumıniya klubunu keçsə, rəqibi daha zəiflərin arasından - "Səpələnməmişlər" səbətindən seçilə bilər. Bu səbətdə yer alan "Qəbələ" və "İnter"in yer aldığı cütlükləri "Zirə"nin potensial rəqibi ola bilməz.
"Qəbələ" və "İnter" isə "Səpələnməmişlər" səbətindədi və onların mümkün rəqibləri "Səpələnmişlər" arasından seçiləcək. Təmsilçilərimizin mümkün rəqibləri arasında "Qalatasaray", "Fənərbaxça", "Milan", "Everton", "Atletik", "Zenit","Marsel", PSV kimi məşhur klublar var.
Avropa Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər
Zenit (Rusiya)
Atletik (İspaniya)
Ostersun (İsveç) - Qalatasaray (Türkiyə) cütünün qalibi
Fənərbaxça (Türkiyə)
Sparta (Çexiya)
Milan (İtaliya)
PSV (Hollandiya)
Braqa (Portuqaliya)
Gent (Belçika)
PAOK (Yunanıstan)
Krasnodar (Rusiya)
Bordo (Fransa)
Everton (İngiltərə)
Marsel (Fransa)
Dinamo (Zaqreb, Xorvatiya)
Makkabi (Təl-Əviv, İsrail) - Reykyavik (İslandiya) cütünün qalibi
Frayburq (Almaniya)
Astra (Rumıniya) - Zirə (Azərbaycan) cütünün qalibi
Austriya (Avstriya)
Ferensvaroş (Macarıstan) - Midtyulland (Danimarka) cütünün qalibi
Panatinaikos (Yunanıstan)
Maritimo (Portuqaliya)
Syon (İsveçrə)
Hayduk (Xorvatiya) - Levski (Bolqarıstan) cütünün qalibi
Rabotniçki (Makedoniya) - Dinamo (Minsk, Belarus) cütünün qalibi
Hoqesund (Norveç) - Lex (Polşa) cütünün qalibi
Apollon (Kipr) - Zarya (Moldova) cütünün qalibi
Şkendiya (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibi
Şemrok Rovers (İrlandiya) - Mlada Boleslav (Çexiya) cütünün qalibi
Səpələnməmişlər
Jelezniçar (Bosniya və Herseqovina) - AİK (İsveç) cütünün qalibi
Aleksandriya (Ukrayna)
Osiyek (Xorvatiya) - Lütsern (İsveçrə) cütünün qalibi
Brondbü (Danimarka) - Vaasa (Finlandiya) cütünün qalibi
Kalyu (Estoniya) - Videoton (Macarıstan) cütünün qalibi
Olimpik (Ukrayna)
Ostende (Belçika)
Proqres (Lüksemburq) - AEL (Kipr) cütünün qalibi
Qəbələ (Azərbaycan) - Yagelloniya (Polşa) cütünün qalibi
Slovan (Slovakiya) - Lyunqbyu (Danimarka) cütünün qalibi
İrtış (Qazaxıstan) – Srvena Zvezda (Serbiya) cütünün qalibi
Trençin (Slovakiya) - Bney Yehuda (İsrail) cütünün qalibi
Kayrat (Qazaxıstan) - Skenderbeu (Albaniya) cütünün qalibi
Aberdin (Şotlandiya) - Şiroki Briyeq (Bosniya və Herseqovina) cütünün qalibiV
Valletta (Malta) - Utrext (Hollandiya) cütünün qalibi
Altax (Avstriya) - Dinamo (Brest, Belarus) cütünün qalibi
Şturm (Avstriya) - Mladost (Monteneqro) cütünün qalibi
Dinamo (Buxarest, Rumıniya)
Kork Siti (İrlandiya) - AEK (Kipr) cütünün qalibi
İnter (Azərbaycan) - Fola (Lüksemburq) cütünün qalibi
Beytar (İsrail) - Botev (Bolqarıstan) cütünün qalibi
Vaduts (Lixtenşteyn) - Odd (Norveç) cütünün qalibi
Panionios (Yunanıstan) - Qoritsa (Sloveniya) cütünün qalibi
Norçepinq (İsveç) - Trakay (Litva) cütünün qalibi
Universtatya (Krayova, Rumıniya)
Valyur (İslandiya) - Domjale (Sloveniya) cütünün qalibi
Arka (Polşa)
Rujomberok (Slovakiya) - Brann (Norveç) cütünün qalibi
Liepaya (Latviya) - Suduva (Litva) cütünün qalibi