I divizionda iki yeni klub iştirak etmək istəyir. Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.
PFL prezidenti bildirib ki, "Göyçə" və "Binə" klubları I divizionda iştirak etmək üçün müraciət edib. Bununla da aşağı liqada oynamaq istəyən klubların sayı 12-yə çatıb.
Ramin Musayev Premyer Liqanın püşkünün avqustun 1-i və ya 2-də atılacağını qeyd edib.
Fanat.Az