AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Qaradağ Lökbatan” - “Ağsu” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 67-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
- Oyunun 79-cı dəqiqəsində “Ağsu” klubunun futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
“Kəpəz” - “Zirə” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 90+2-cı dəqiqəsində “Zirə” klubunun futbolçusu Fərid Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Şahdağ” - “Lokomotiv” matçının 66-cı dəqiqəsində “Şahdağ” klubunun futbolçusu İlkin Sədullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
- Oyunun 83-ci dəqiqəsində “Lokomotiv” klubunun futbolçusu Samir Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır klub 400 manat cərimə olunur.
“Turan-Tovuz” - “Neftçala” matçında “Turan-Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Fanat.az