AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/16 final mərhələsində qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Qaradağ Lökbatan”la oyununun 55-ci dəqiqəsində “Zirə”nin futbolçusu Tural Adıgözəlov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub.
MOİK-in 4 futbolçusu “Lokomotiv”lə oyunda sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.
Fanat.az