"Səbail" Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin nomandası Omanın U-23 yığması ilə qarşılaşıb. Ancaq matçboyu qapılarda qol görülməyib - 0:0.
Hazırlığı davam etdirən komanda növbəti sınaq görüşünü iyulun 15-i Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"ə qarşı keçirəcək.
Fanat.Az