14:45 28.10.2014 282

9-cu turun taktiki mənzərəsi


Ehiosun fırtınası

Cari mövsüm özünü yaxşı tərəfdən göstərən “Sumqayıt” Qəbələdə  düzgün taktika seçmişdi. Aqil Məmmədov heyətində fərdi ustalıq səviyyəsi yüksək olan futbolçular cəmləşmiş rəqibi əks-hücumlarda yaxalamağı planlaşdırmışdı. Viktor Mendi və Markinyos kimi oyuna hazır olmayan futbolçulara start heyətində bel bağlayan Dorinel Muntyanunun yetirmələri ön xətdə arzulanan oyunu sərgiləmədiyindən əks-həmlələrin birində, dəqiqləşdirsək 40-cı dəqiqədə hesab açıldı. Əlinə düşən şanslardan maksimum faydalanmağa çalışan sumqayıtlılar qarşı tərəfin mərkəz müdafiəçilərinin ləngliyini nəzərə alaraq məhz “ağrılı nöqtəyə vururdu”. 60 dəqiqə nə etmək istədiyi başa düşülməyən “Qəbələ”nin qapısına Məhəmməd Qurbanov yol tapdığı epizodda referi Vüsal Əliyev qolu qeydə alsaydı, yəqin, sonluq fərqli olacaqdı. Lakin referi yanlış ofsayd qərarıyla Muntyanuya xilas imkanı yaratdı. İkinci yarıda rumın çalışdırıcının oyuna qoşduğu Ekiqo Ehiosun isə sözün əsl mənasında effektli müdaxilədən danışmağa zəmin yaradır. Məhz bu futbolçu öncə Cavid Hüseynova, ardından Pavol Farkaşa məhsuldar ötürmə verdi. Uzatma dəqiqələrində isə özü son nöqtəni qoydu – 3:1. Hə, bu taktiki dəyişiklik deyildi. Rumın başlanğıcdakı sistemə toxunmadı. Sadəcə, “yeni nəfəs” xarakterli müdaxilə əla alındı.



Ardı gəlsin,  Rəşad

Hələ ötən tur – “İnter”lə oyunda taktiki hazırlıq məharətini ortaya qoyan Georgi Çixradze sərəncamındakılarla kifayətlənmək məcburiyyətində qalan Əsgər Abdullayevi evə əliboş göndərdi. 4:0 hesablı zəfərdən danışırıqsa, Əsgər bəyin müdafiəyəmeyilli düzümünü dərindən incələməyə ehtiyac yoxdu. Alınmadı, heç nə alınmadı. Ara-sıra gözə dəyən alayarımçıq qol arayışlarını nəzərə almasaq, “Araz Naxçıvan”ın döyüşməyə gücü çatmadı. Tələsmədən öz oyununu oynayan Zaqatalıların heyətində son 3 qolu vuran Rəşad Eyyubovun belə davam etməsini isə Azərbaycan futbolu adına hamımız arzulamalıyıq.



Qol vurdu, geri çəkildi

İbrahim Uzuncanın  gəncləri oyuna baş məşqçisiz hazırlaşan AZAL-ı məğlub etməsiylə öyünə bilər. Orxan Lalayevlə Kərim Diniyev arasındakı anlaşılmazlıqdan yararlanaraq qol vuran “zolaqlılar” buna qədər də üstün tərəf idi. Hesabı açandan sonra geri çəkilən və “təyyarəçilər”in “status-kvo”nu təmin etməsinə hər vasitə ilə mane olmağa çalışan “şəhərlilər”in 77-ci dəqiqədən azlıqda qalması belə, heç nəyi dəyişmədi. Oyunun tempini aşağı salmağa nail olan Jabalı “Bakı” alın təriylə 3 xal qazandı. Bəstəboy braziliyalının varlığının hücum planında işə yaradığını da unutmayaq.



Həmkarı yanıltdı, Qurbanov gecikdi

İlk yarıda 3 qol vuran “Qarabağ”ın çalışdırıcısı Rəşad Sadıqov, Muarem Marem və Maksim Medvedev kimi əsas heyət üzvlərinin adını “18-liy”ə salmamışdısa, məlum Kiyev zəfərində meydanda olan daha bir neçə futbolçu ehtiyatda qalmışdı. Belədə, hücumameyilli 4-2-3-1-də (buna 4-3-3 də demək olar) oyun qurucusu mövqeyində Leroy Corcu görmək maraqlı idi. Komandasına penalti qazandıran İnnosent Emeqara çıxdığı ikinci çempionat matçında biri “11 metrə”dən olmaqla iki qol vurdusa, Leroy 2 məhsuldar ötürməylə yadda qaldı. Bəli, ilk yarıda məsələni böyük ölçüdə həll edən ağdamlıların 3-cü qoluna gənc Cavid Tağıyevin imza atması da özlüyündə sevindirici haldı. İkinci yarıda Qurban Qurbanovun müdaxiləyə gecikməsi isə az qala “Xəzər Lənkəran”ın çətin vəziyyətdən çıxmasıyla yekunlaşacaqdı. Lənkəranlılar əsla, tələsmədi. Hələ ilk yarıda gənc Elnur Cəfərovu Rəşad Sadiqovla dəyişən Oğuz Çətin mərkəzdə oyunu ələ almağın yolunu tapdı və rəqibinin irəli atılacağını güman edən meydan sahiblərini təmkinli oyunla yanıltdı. Yavaş-yavaş “köhlən atlar”ın eksperimental heyətini qapısına doğru sıxışdıran Çətinin yetirmələri 2 dəqiqəyə iki qol vurdu. Riçard Almeydayla Reynaldo oyuna qoşulmasaydı, bərabərlik, lap qələbə topu da gələ bilərdi. Doğrudan da bu matçda “Qarabağ”ın təcrübəsiz gəncləri arxayınçılığın nə ilə nəticələndiyini görmək imkanı qazandı.



Bu da qolsuz “sülh”

Paytaxt derbisinə ənənəvi 5-4-1 taktikası ilə çıxan “İnter” pis təsir bağışlamadı. Müdafiədə etibarlı oyun prinsipini əldə rəhbər tutan Arif Əsədovun “çərçivə”ni Emil Balayevə tapşırması, məlum səbəbdən Araz Abdullayevi oyuna buraxmaması vurğulanmalıdısa, Kaxaber Tsxadadzenin oğlu Baçananı ehtiyatda saxlayıb ilk dəqiqələrdən Nildoya oynamaq fürsəti yaratması önə çəkilməlidi. İlk yarıda “Neftçi”nin iki, “İnter”in bir qol vəziyyəti oldusa, fasilədən sonra “ağ-göylər” müəyyən ərazi üstünlüyü ilə yadda qaldı. Hərçənd bu üstünlük flaqmanın qapısı qarşısında at oynatmaq anlamına gəlməməlidi. Culius Vobayın ikinci hissədəki iki qol vəziyyəti daha yaddaqalan oldu. Bunlardan birində Səlahət Ağayevin topu “doqquzluq”dan çıxarması azsaylı azarkeşlərə xüsusi zövq verdi. Əvəzləmələrə nəzər yetirsək, Arif bəy Vobay – Nikolas Kanales dəyişikliyi ilə 75-ci dəqiqədən iki hücumçuyla oynamağa başladı. Tsxadadzenin dəyişiklikləri isə taktiki planda deyildi.



Nihat, "Futbol+" qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X