18:44 28.10.2014 668

Bu da lazımdı, Aqil Məmmədov - GÜNDƏM

Aqil Məmmədov  - “Sumqayıt”ı ayaqda saxlayan adam! Gəncdi, futbolumuzun “pirojki dönəmini” dolu vurmuş arpa tarlasını xatırladan stadionlarda top qova-qova görüb. Orta səviyyəli futbolçulardan hamını özüylə hesablaşmağa məcbur edən kollektiv formalaşdırıb. “Gənclik şəhəri” təmsilçisində Bernhard Raabdan 5 dəfə yaxşı işlədiyini isbatlamaqla “almanlaşma siyasəti”nin yaradıcılarına öldürücü zərbə endirib!


Bəlkə də Məmmədovun məşqçilik bacarığına hələ də şübhə edənlər var. Onun futbol fəlsəfəsinə ağız büzənlər, qazandığı nəticələri təsadüf adlandıranlar uzağı 3-4 ildən sonra nə dərəcədə yanıldıqlarının fərqinə varacaq. Əlbəttə, futbolumuzda iflasa uğrayan “almanlaşma siyasəti”nin ardından “hollandlaşma”, “italyanlaşma” və ya “eskimoslaşma” dönəmi başlamasa... AFFA-dakılar gec də olsa səhvini anlayıb yerlilərə işləmək üçün şərait yaratsa, yalnız Aqil bəy yox, daha bir neçə azərbaycanlı özünü Qurban Qurbanov qədər sübut etmək fürsəti yaxalayacaq.


Əlbəttə, “Qəbələ” – “Sumqayıt” oyununda yaşanan rəzalətin ardından ölkədə futbolun inkişafını ürəkdən istəyənlər dərin, çox dərin xəyallara daldı. Təcrübəli referi Vüsal Əliyevin və köməkçilərinin bölgədəki idarəçiliyini yada salanda vicdanlıların, qərəzsizlərin beynindən qarışıq hisslər keçdi: təki Qəbələdəki hoqqalar qərəz yox, böyük səhvlər olsun.


Bəli, Məmmədovun yetirmələrinin rəqib qapısından keçirdiyi 2-ci qol qeydə alınmadı. Sonradan 3 top vuran “qırmızı-qaralar” yekunda zəfərə sevindi. Etirazına görə “Sumqayıt”ın baş məşqçisi 2000 manat civarında cərimələndi.  İstənilən halda həmin gün bölgədə yaşananlar rumın Dorinel Muntyanunun qələbəsinə kölgə saldı. Bundan sonra yazılanlar, danışılanlar nəyisə dəyişməyəcək. Fakt budu ki, haqqı tapdalanan əliboşdu.


P.S. Bu da lazımdı, Məmmədov. Arada haqqının necə yeyildiyini bilə-bilə susmaq, yola vermək məcburiyyətində qalmasan, psixoloji sarsıntıdan necə qurtulmağın yolunu tapmasan, uzağa gedə bilməzsən. Axı biz Azərbaycan futbolundayıq...

 


Fanat.az 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X