İyulun 10-dan etibarən Türkiyənin Kartepe bölgəsində toplanışda olan “Səbail” hazırlığını davam etdirir. Fanat.Az xəbər verir ki, komandanın ötən günə yoxlama oyunu planlaşdırılsa da, matç baş tutmayıb.
Belə ki, hazırlıq prosesi çərçivəsində "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) klubu ilə keçirilməli olan yoldaşlıq oyunu təxirə salınıb.
Buna səbəb isə əlverişsiz hava şəraiti olub.
Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qarşılaşıb, matçda hesab açılmayıb.
Fanat.Az