"Sumqayıt" Premyer Liqanın X turunda "Xəzər Lənəran"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, artıq hər iki komandanın baş məşqçisi start heyətlərini açıqlayıb.
"Sumqayıt"ın çalışdırıcı Aqil Məmmədov ötən oyunla müqayisədə heyətdə bir dəyişiklik edib. "Qəbələ" ilə matçda zədələnən Slavik Alxasovun əvəzində baş məşqçi Tagim Novruzova şans verib.
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin isə bir dəyişikliyə əl atıb. Türk mütəxəssis Vanderson Skarduelli, Elnur Abdullayev və Elnur Cəfərovk ehtiyata göndərib. Əvəzində Rəşad Sadiqov, Aleksandr Şemonayev və Fernando Qabrieli ilk dəqiqələrdən meydana buraxmaq qərarına gəlib.
Fanat.az