Ərzurumda təlim-məşq toplanışında olan “Kəpəz” Türkiyəyə yollanmamışdan öncə iki futbolçu ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, hazırlığın Bakı mərhələsinin sonunda Aydın Qasımov və Serqey Çernışev ilə bir illik müqavilə bağlanıb. Qasımov hücumçu, Çernışev yarımmüdafiəçi mövqeyində çıxış edir.
Qeyd edək ki, "Sumqayıt" və AZAL-da çıxış etmiş Aydın Qasımovun son iş yeri "Qaradağ Lökbatan" olub. "Muğan", "Turan", Rusiyanın "Taqanoq", "Dinamo" (Stavropol), "Lokomotiv" (Liski) və "Drujba" klublarında oyunamış Sergey Çernışev son olaraq "Sumqayıt"da çıxış edib.
Fanat.Az