"Bakı" bombaridirini itirib. Fanat.az xəbər verir ki, Nurlan Novruzov növbəti turda "Qəbələ"yə qarşı oynaya bilməyəcək.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsi olub. Nurlan "Neftçi"i ilə matçın 65-ci dəqiqəsində hakim qərarına etiraz etdiyinə görə sarı vərəqə alıb. Bu onun mövsümdə 4-cü "sarı"sı olduğundan "Qəbələ" matçını buraxacaq. Novruzov bundan əvvəl "Simurq" (I tur), "Neftçi" (II) və "Sumqayıt"la (V) oyunlarda cəzalanmışdı.
Qeyd edək ki, Nurlan "Bakı"nın Premyer Liqada vurduğu 8 qoldan 5-nin müəllifidi.
Fanat.az