“Turan"nın keçmiş yarımmüdafiəçisi Valeri Onilenin "Neftçi"yə oyun vermələri barədə açıqlamalarını təqdim etmişdik. Onun açıqlamasını həmin vaxt "Neftçi"ni çalışdıran Vaqif Sadıqov münasibət bildirib.
Publika.az-a danışan baş məşqçi bunun cəfəngiyyat olduğunu deyib: "Hər kəsə təklif edirəm, hadisə olan vaxtı danışmaq lazımdı. Düşünürəm ki, belə bir hadisə olmayıb. Hər hansı futbolçu haradasa hansısa fikir bildirirsə, buna inanmaq lazım deyil, buna ehtiyac da yoxdu. Yenə təkrar edirəm, belə bir hadisə baş verməyib, cəfəngiyyatdı".
Fanat.az