"Səbail"in yeni transferi Maudo Jarjue, klubun rəsmi səhifəsinə fikirlərini açıqlayıb. Fanat.Az xəbər verir ki, futbolçu bunları söyləyib:
"Karyerama Portuqaliyanın "Jil Visente" klubunda başlamışam. Ötən mövsüm bu klubun əsas heyətindəki çıxışımdan sonra "Səbail"ə transfer oldum. Buraya gəldiyim üçün xoşbəxtəm. Komandamızın uğurları üçün əlimdən gələni edəcəm. Ümid edirəm ki, mənim və komanda yoldaşlarımın buradakı çıxışı uğurlu alınacaq. Bu komandanın bir hissəsi olmaq olduqca xoşdu. Türkiyədə Premyer Liqa üçün məşqlərimizi davam etdiririk. Tam formaya düşmək üçün daha çox çalışmalıyıq. İnanıram ki, məhz belə də olacaq".
Fanat.Az