“Sumqayıt”la səfər matçından qələbə ilə ayrılan “Xəzər Lənkəran” dünən bərpa məşqini keçirib. Fanat.az xəbər verir ki, komanda dünən "Neftçi"nin köhnə bazasında məşqə çıxıb.
Öncədən tərtib edilmiş fiziki hərəkətlər proqramına uyğun çalışan futbolçuların yüksək əhval ruhiyyədə qatıldığı hazırlıq prossesi bir saatdan çox sürüb. Ardınca “Emerald” otelinə dönərək istirahətə çəkilən komanda sabah doğma şəhərə yollanacaq.
12cioyuncu.info