12:43 31.10.2014 646

"Belə mühitdə nə futbol inkişaf edər, nə də idman mediası"

Sabah, noyabrın 1-də Azərbaycanın populyar idman saytlarından olan futbolpress.az-ın beş yaşı tamam olur. Qol.Az saytının müxbiri bununla əlaqədar futbolpress.az-ın baş redaktoru Elçin Cəlilovla görüşüb. Həmin müsahibəni təqdim edirik.


- Əvvəlcə saytınızın 5 yaşının tamam olması münasibəti ilə sizi təbrik edirik.

- Çox sagolun, minnətdaram.


- "Futbolpress.az" necə yarandı, ideya kimdən oldu?

- Dostlarımın ideyası oldu. 2008-ci ildә ictimai-siyasi mediadan çıxdım. Peşәkarlar indi azdı, onlarla da indi dә dostuq. Qısası, jurnalistikadan getmәkçün xeyli imkanım olsa da, peşәyә olan ehtirasım məni orda saxlayırdı. Ona görә dә siyasi yazarlıqdan ayrılıb idmana üz tutdum. Burda tәlәbә yoldaşlarımla "Futbol-Press" qәzetini açdıq. Futboldan - top, qapı, penalti sözlәrindәn başqa da nәsә yazmaq olar - bunu göstәrә bildik. Yeniliklәr üçün cәhdlәrimiz müәyyәn qәdәr alındı. Ancaq qәzet cәmi 9 ay yaşadı. Çünki 9 nәfәrlik işçi heyәtinin maaşı yarım ay gecikirdi. Mәn heç vaxt maaşı bir hәftәdәn çox geçikdirmәmişәm deyә, belә sınıq-salxaq qәzet işlәtmәkdәnsә, online fәaliyyәtә keçdik. Mәncә, vaxtında doğru seçim etdik. Artıq 5 ildi saytımız fәaliyyәtdәdi. Mәtbuatın özünü maliyyәlәşdirә bilәcәyi dövr gәlsә, onda qәzeti bәrpa elәyib, qatı açılmamış layihәlәrimizi gerçәklәşdirәrik. İmkansızlığın üzü qara olsun...


- Bu saytı yaradanda qarşıya hansı məqsədlər qoymuşdunuz və bu məqsədlərə nə dərəcədə nail olmusunuz?

- Mәnim tәhsilim jurnalistika olub. Әn hörmәtli müәllimlәr dәrs deyib. Yәni jurnalist olmağın mәsuliyyәtini dәrk elәmәk üçün bu fakültәdә oxumaq hardasa vacibdi. Uşaqlıqdan atam evә gәtirdiyi qәzetlәri hәvәslә oxuyardım. Diplom işim "1991-2006-cı illәr Azәrbaycan publisistikası" olub. Bir semestr günümün yarısını arxivlәrdә keçirirdim, 50-60 adda qәzetin bu illәrdәki fәaliyyәt traektoritasını öyrәnmişәm. Bu mövzu xeyli şey öyrәtdi mәnә. Jurnalist olmağa hәvәsim artdı. Rәhmәtlik Mәmmәd Nazimoğludan mövzuya baxış vә yazmaq maneraları oyrәnmәk xosbәxtliyi nәsib oldu mәnә. Belә geniş ona görә danışıram ki,  mәnim jurnalistikada olmaq istәyim bu sahәdә tәkcә qazanc, dolanışıq mәqsәdiylә qalmadığım mәlum olsun. Bu peşәyә ehtirasım var. Mәn niyә tәlәbәlik vaxtı qәzet açdım? Çünki sırf azad tribuna üçün özümdәn çox kimәsә inanmırdım. Mәni doğru anladınız yәqin. Bu, özünü fәaliyyәtimizdә dә doğrultdu. "FutbolPress" lap az KİV-lәrdәndi ki, burda yazı silinmәyib, dәyişdirilmәyib. Әksinә, işlәdiyi yerdә mövqeyi dәrc olunmayanın yazısını belә, yoxlayıb, uyğunluğuna şübhә görmәdiyimiz üçün məhz biz dәrc etmişik. Açıq danışaq, medianın durumu acınacaqlıdı. Dördüncü yox, dördyüz dördüncü hakimiyyәt rolunu da oynaya bilmir. Qeyri-peşәkarlar mühiti "diqtә edir". Biz istәyirik ki, oxucu jurnalist baxışının, materialının necә vә nә cür olduğunu anlaya bilsin. Jurnalistikanın üç әsas prinsipi var: mәlumatlandırmaq, maariflәndirmәk vә әylәncә. Bu prinsiplәrә uyğun olmaqdı mәqsәd. Qaldı ki, yaradıcılıq, bu, birbaşa maddi imkandan asılıdı. Potensialını göstәrmәk üçün lazım olan maddiyyat yoxdusa, çox vaxt mәcburәn susub oturursan. Belәdә dә bacarıqsızlar oxucunu alır әlә, zombilәşdirir. Çıxış yolu? Uzaqdadı.. Üfüqdә vә dumanlı.


- Belə başa düşdüm ki, "Futbolpress.az"ın maddi imkanı aşağıdı.

- Müstәqil fikri heç nәyә dәyişmәyәn saytlarda maddi durum necәdisә, bizdә dә o cür. Bir müddәt gördüm, saytımızın işlәmәmәyi pisdi. İdman mediasında ictimai fikir әblәhlәrin әlindә qalıb. Belәdә bütün imkanlarımı yığıb, saytın fәaliyyәtini bәrpa elәdim. Biz müşahidә elәyirik, reklam verәn klublar bu gün yaranan vә heç bir mәtni imla, inşa tәlәbinә belә uyğun gәlmәyәn saytlara mәmnuniyyәtlә reklam verir. Baxırsan, saytın üst-başından pintilik yağır, heç proqram tәminatı qәpik-quruşa dәymәyәn әndirabadi şeylәr qayırıb, sәhәri gün klub rәsmisinә zәng vurub, reklam istәyirlәr. Bu saytlarla bunlara reklam verәn klubların mәqsәdlәri uyğundu. Klub var ki, reklamından imtina etmişik, çünki bizә qarşı etik davranmamışdılar. Ancaq o klub reklam vermәdiyi saytlara belә pul payladı ki, “futbolpress”i müdafiә edәrlәr birdәn. Gülmәli idi. Biz klub reklamından imtina etmiş saytıq. Mövqeyin müstәqilliyi çox vacibdi. Mәn hәyatımı necә yaşayıramsa, peşәmdә dә o cür olmalıyam. Artistlik olmaz.


- Demək olarmı qeyd etdiyin problemlərin kökündə bir çox klubların qeyri-peşəkarlığı durur?

- Burda üstün tәrәf klubdur, yәni sifarişçi klubdu. Klub әmәkdaşlığı qeyri-peşәkarla qurursa, mәsәlә aydındı. Hәm dә mәsәlә әsas bilirsiz nәdәdi - klub var ki, "ağzına gәlәni yazana" reklam tәklif edir. Çünki qorxur adının hallanmasına. Bir dәfә gördüm ki, jurnalist klub vitse-prezidentinә "dana" yazıb. Bu, tәhqirdi. Ancaq bir hәftә sonra hәmin saytda klubun reklam bannerini gördüm. Çox sadә formul: oğru oğrunu başa düşәr. Vitse-prezident qorxmuşdu ki, haqqında yazılanı klub prezidenti görәr vә onu qovar. Futbolda dәlәduzluq inkişaf edib ki, klub sistemindә bir-birinә inam qalmayıb. Tәbii ki, çox az istisnalar var. Belә mühitdә nә futbol inkişaf edәr, nә dә media.


- Mediadan söz düşmüşkən, idman jurnalsitikasının bugünkü durumu haqda nə deyə bilərsən? Onlar arasında rəqabəti necə qiymətləndirirsən?

- Bir әlin barmaqları qәdәr peşәkar idman saytı olar-olmaz. Rәqabәt nәdi - materialını istinadsız yayan saytla nә rәqabәtdә olacaqsan? Yaxud klub rәhbәrliyinә zәng vurub, reklam istәyәn baş redaktorun saytı ilә rәqabәt? Burda namәlum bir vәziyyәtdi vә durmadan artan saytların da 1-2 faizi tab gәtirib, fәaliyyәtini sürdürür. O qәdәr sayt açılıb,  reklam verilmәyib, bağlanıb ki...

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2025
02:13

"Əl-Hilal" Osimhenin transferindən vaz keçdi - SƏBƏB

00:56

DÇ-2026: İtaliyadan inamlı qələbə, Xorvatiya Çexiyaya divan tutdu

00:09

İbrahimli Avropa çempionatının finalında

09 İyun 2025
23:50

Vinisius Junior 30 milyon avro ucuzlaşdı, Mbappe isə...

23:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:24

Bolqarıstan nəhəngi məşqçisiz qaldı

22:51

Super Liqa klubu almana tapşırıldı

22:46

"Napoli"nin futbolçusu La Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

22:20

"Azərbaycan bizimlə oyunda qələbə qazanmaq istəyir" - Marko Rossi

21:56

"Şamaxı"da növbəti ayrılıq

21:18

Azərbaycan birinciliyinə yekun vuruldu

20:55

"Çelsi" 4 futbolçu ilə yolları ayırdığını açıqladı - ADLAR

20:12

"İnter"in yeni baş məşqçisi bilindi

19:47

Totti Qasperinin "Roma"da uğur qazanacağına inanmır - AÇIQLAMA

19:10

"Asiya Futbol Konfederasiyası heç vaxt UEFA qədər pul verməyəcək" - Əli Əliyev

18:51

Yamalın qiyməti fantastik həddə çatdı - Planetin ən bahalısına çevrildi

18:11

Avropa çempionatı: Üç güləşçimiz yarımfinala yüksəldi

17:40

AFFA azarkeşlər üçün nəqliyyat ayırdı

17:03

"Futbolçularımda yüksək motivasiya var" - Santuş Macarıstanla oyundan gözləyir?

16:38

"Əlimizdən gələni edəcəyik ki..." - Bəhlul Mustafazadə

16:13

"İndi oynasaydım, dünyanın ən yaxşı futbolçusu olardım" - Françesko Totti

15:50

Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar

15:33

"Mançester Siti" qapıçısı ilə əməkdaşlığa son qoydu - RƏSMİ

14:50

Polşa millisində qalmaqal: Levandovski düşərgəni tərk etdi

14:10

Fransa millisinin üzvü "Çelsi"də - RƏSMİ

13:39

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

13:11

UEFA Millətlər Liqası: Finalın ən yaxşı oyunçusu bilindi

12:45

Ronaldu yeni mövsümə hansı klubda başlayacağını açıqladı

12:16

Azərbaycan badmintonçuları Venesuelada 3 "qızıl" qazandılar

11:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:13

"Göz yaşları və borcunu yerinə yetirmək hissi" - Ronaldu qələbəni dəyərləndirdi

10:51

"Mənə yalnız üzülmək və evə getmək qalır" - Alvaro Morata

09:40

Ronaldu Messi üçün əlçatmaza çevrilir

09:00

Mourinyu "Fənərbağça"dan ayrılır - Klub prezidenti ilə görüşdü

02:29

Hələ Kriştianu Ronaldu kimisi olmamışdı

01:43

Portuqaliya tarixində ikinci dəfə Millətlər Liqasının qalibi oldu

00:19

"Qısa müddətdə olan inkişaf məni sevindirir" - Ayxan Abbasov

00:14

Bellingemin Almaniya nəhəngində alacağı məbləğ bilindi - SON DURUM

08 İyun 2025
23:40

"Altı dəqiqəyə 3:0 hesabı ilə öndə olmalıydıq" - Yozua Kimmix

23:16

Deşam Almaniya üzərində qələbədən sonra nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X