AFFA Azərbaycan milli komandasının baş məşqçisi postuna yeni namizədləri nəzərdən keçirəcək. Apasport.az saytının məlumatına görə, assosiasiyanın baş katibi Elxan Məmmədov bu gün jurnalistlərlə görüşdə bu haqda açıqlama verib.
Onun sözlərinə görə, 2008-ci ilin aprelindən millimizi çalışdıran Berti Foqtsla müqavilə cari seçmə mərhələnin, ilin sonunda bitdiyindən, namizədlər siyahısı hazırlanacaq: “Orada yerli mütəxəssislər də ola bilər. Həm Foqtsun öz aldığı təkliflərə, həm də namizədlərimizdən ibarət siyahıya baxacağıq. Millimizin 3 oyunu qalıb. Seçmə mərhələ bitəndən sonra bu matçlarla bağlı hesabat hazırlanaraq, AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq”.
İdman24.az