Kişi basketbolçular arasında Azərbaycan çempionatı start götürür. Fanat.az xəbər verir ki, ilk turun oyunları bu gün keçiriləcək.
XXII dəfə təşkil olunacaq ölkə çempionatında 8 komanda iştirak edəcək. "Bakı" və "Dərviş" debüt mövsümünü keçirəcək. "Araz-Naxçıvan" isə yenidən güclülər dəstəsində mübarizə aparacaq.
Bu gün start götürəcək çempionatın I dövrəsi dekabrın 13-də başa çatacaq.
I tur
1 noyabr
12.00 Bakı - Dərviş
13.30 BDU - NTD
15.00 Baku Oilers - AZTOP
16.30 Qala - Araz-Naxçıvan
Fanat.az