Ruslan Abışovun "Qəbələ" ilə müqaviləsinin müddəti qışda bitəcək. "Rubin"dən icarəyə götürülən millinin üzvü ilə 6 aylıq müqavilə imzalanmışdı.
Fanat.az xəbər verir ki, Abışov "Qəbələ"ni tərk etməyəcək. Futbolçu özü komandada qalmaq istəyir. "Rubin" isə heyətə düşə bilməyən Ruslanı geri qaytarmaqda maraqlı deyil.
Artıq "Qəbələ" ilə futbolçu arasında razılıq əldə olunub. Yeni müqavilə yanvarda imzalanacaq.
Fanat.az