“Fənərbaxça” “Xəzər Lənkəran”la yoldaşlıq görüşü keçirmək üçün Azərbaycana səfər öncəsi transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, iyulun 21-də Lənkəranda oyun keçirəcək vitse-çempion “Benfika” və Paraqvay yığmasının hücumçusu Oskar Kardosonun keçidini həll edib. Lissabon rəhbərliyi və futbolçu ilə görüşən türkiyəlilər 3,5 saatlıq söhbətdən sonra 6,2 milyon avroluq razılığa gəlib.
Klubun meneceri Hasan Çətinkaya bu gün Portuqaliya paytaxtına gedərək transferdə son nöqtəni qoyacaq və sabah hücumçu ilə birgə İstanbula gələcək. “Fənər” 3 illik müqavilə qarşılığında paraqvaylıya ildə 2,8 milyon avro məvacib ödəyəcək.
Qeyd edək ki, bu gün “Boluspor”la yoxlama oyunundan sonra ölkəmizə gələcək “Fənər” bazar günü gecə İstanbula qayıdacaq.
İdman24.az