14:20 01.11.2014 461

Lənkəranda qisas matçı, Bakıda derbi - AFİŞA

Sabah Topaz Premyer Liqasında XI turun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, ötən turda olduğu kimi, bütün qarşılaşmalar eyni gündə baş tutacaq və 5 müxtəlif saatda başlayacaq.

Tura Qəbələdə start veriləcək. Açılış oyununda "Qəbələ" "Bakı"nı qəbul edəcək. Komandaların durumu bir-birindən kəskin surətdə fərqlənir. Çempionluğa iddialı "Qəbələ"dən fərqli olaraq, "Bakı"da vəziyyət heç də yaxşı deyil. Hafiz Məmmədovun maliyyə problemləri üzündən çətin günlər yaşayan paytaxt klubunun futbolçuları hətta ötən tur "Neftçi"ylə oyuna çıxmaq istəmirdi. Amma sonda klub rəhbərliyi yenə müxtəlif vədlərlə oyunçuları yola gətirə bildi. Bu dəfə necə olacağı hələ bilinmir. Son iki turda "Sumqayıt" və "Araz Naxçıvan" kimi zəif rəriqbər üzərində qələbə qazanan "Qəbələ" daha bir autsayderi yenməklə 3 xalı aktivinə yazmaq istəyir və böyük ehtimalla, buna nail olacaq. "Bakı" isə çətin səfər matçında heç olmasa, bir xal qazanmaqla sürprizə imza atmağa çalışacaq.

Günün ikinci matçında da autsayderlə liderlər qrupunda qərarlaşmış komanda qarşılaşacaq. Belə ki, "Sumqayıt" "İnter"i qəbul edəcək. Mövsümün ilk 5 turunda 4 qələbə qazanıb özündən söz etdirən "Sumqayıt" artıq 5 turdu ki, qələbəyə həsrət qalıb. "Gənclik şəhəri" təmsilçisi bu dəfə də böyük ehtimalla, meydanı xalsız tərk edəcək. Çünki ardıcıl 4 oyunda meydanı bir xalla tərk edən "İnter" xal itirmək istəmir. Kaxaber Tsxadadzenin yetirmələri bu rəqib üzərində də qələbə qazanmasa, çempionluqdan danışmaq onlar üçün yersiz olacaq. Komandalar arasında ilk dövrədə baş tutan matçda 5:1 hesablı zəfərə sevinən "bankirlər" bu dəfə böyükhesablı qələbəyə imza atmaqla son 3 turda qol vura bilməmələrini unutdurmağa çalışacaq.

Lənkəranda prinsipial matç baş tutacaq. Çünki "Xəzər Lənkəran" qonaq etdiyi "Simurq"a ilk turda 0:2 hesabı ilə yenilmişdi. Ötən tur "Sumqayıt"ı yenən Oğuz Çətinin yetirmələri doğma azarkeşlər önündə ortabab rəqibi yenməklə fanatlarını sevindirmək istəyir. Medallar uğrunda mübarizə aparan "Xəzər Lənkəran" turnir cədvəlindəki "qonşu"sunu yenməklə vəziyyətini yaxşılaşdıra bilər. Ötən tur AZAL-la "sülh" bağlayan "Simurq" da səfərə iddialı çıxır. Georgi Çixradzenin yetirmələri güclü azarkeş dəstəyinə güvənən rəqiblə oyunda da ən azı bir xala iddia edir. Bu xal onları turnir cədvəlində "Xəzər Lənkəran"dan öndə saxlayacaq.

Turun digər bir matçında "Neftçi" AZAL-ı qəbul edəcək. Paytaxt klubları mövsümün ilk matçına çıxacaq. Belə ki, "Neftçi" və AZAL arasında III dövrədə baş tutmalı olan oyun "ağ-qaralar"ın Avropa Liqasındakı oyununa görə təxirə salınmışdı. "Neftçi" son 3 matçda hesabına 7 xal yaza bilib. Arif Əsədovun yetirmələri bu dəfə də meydanı qələbə ilə tərk etməklə uğurlu seriyanı davam etdirə bilər. Son 4 oyundan 3-də heç-heçə edən və birində zəif "Bakı"ya uduzan AZAL iddialı rəqibi ilə görüşdə bir xal qazanmağa çan atacaq. Amma "Neftçi" buna imkan vermək niyyətində deyil və proqnozlara görə, meydan sahibləri matçı 3 xalla başa vuracaq.

Tura "Qarabağ" - "Araz Naxçıvan" oyunu ilə yekunlaşacaq. Bu komandalar da cari mövsümdə ilk dəfə üz-üzə gələcək. İlk dövrənin III turuna təsadüf edən matç "Qarabağ"ın Avropa Liqasındakı çıxışına görə baş tutmamışdı. Son çempion ötən tur çempionluq uğrunda əsas rəqiblərindən biri olan "İnter"lə heç-heçə oynayıb. Bu dəfə autsayderlə qarşılaşacaq "Qarabağ" növbəti xal itkisinə yol vermək niyyətindən uzaqdı. Hətta ağdamlıların böyük hesablı qələbəsinə də ümid etmək olar. "Araz Naxçıvan"da isə vəziyyət heç də ürəkaçan deyil. İlk turda "Neftçi"nin ikinci heyəti üzərində qələbə qazandıqdan sonra keçirdiyi 8 oyunda cəmi 1 xal qazanan və onu da AZAL-dan alan Muxtar Respublika klubu son pillədə qərarlaşıb. IX turun oyunundan sonra 5 futbolçunu qovan Əsgər Abdullayevin X turdakı məğlubiyyətdən sonra istefası gözlənilirdi. Amma bu baş vermədi və əvəzində icraçı direktoru Orxan Cabbarov istefa verdi. Bu dəfə isə baş məşqçi özü işini itirə bilər. "Araz Naxçıvan"ın xala nə qədər çox ehtiyacı olsa da, bu komanda nəinki "Qarabağ"ın 2-ci, heç 3-cü heyətinə də müqavimət göstərəcək gücdə deyil.

Bütün oyunlarda aşkar favorit olsa da, sabahkı matçlardan birində sürpriz nəticənin qeydə alınması istisna deyil. "Xəzər Lənkəran" "Simurq" matçında meydan sahibləri favorit göstərilsə də, qonaq komandanın xal və ya xallar qazanması sensasiya olmayacaq. "Qarabağ" - "Araz Naxçıvan" matçı istisna olmaqla digər 3 qarşılaşmadan hər birində gözlənilməz nəticə qeydə alına bilər.

Premyer Liqa
2014/15 mövsümü
II dövrə, XI tur

2 noyabr
Qəbələ - Bakı
Proqnoz:70-20-10
I dövrədəki oyun: 2:0
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Qəbələ şəhər stadionu. Saat 15.30.

Sumqayıt - İnter
Proqnoz: 10-10-80
I dövrədəki oyun: 1:5
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Kapital Bank Arena”. Saat 16.00.

Xəzər Lənkəran - Simurq
Proqnoz: 40-40-20
I dövrədəki oyun: 0:2
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əli Hüseynov.
"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 17.00.

Neftçi - AZAL
Proqnoz: 60-30-10
I dövrədəki oyun: təxirə salınıb.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakcell Arena". Saat 17.15.

Qarabağ - Araz Naxçıvan
Proqnoz: 90-10-10
I dövrədəki oyun: təxirə salınıb.
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.30.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

9

5

3

1

14:8

18

2

İnter

10

4

5

1

20:4

17

3

Neftçi

9

5

2

2

9:8

17

4

Qəbələ

10

5

2

3

11:11

17

5

Simurq

10

7

2

4

15:10

14

6

Xəzər Lənkəran

10

4

2

4

13:10

14

7

Sumqayıt

10

4

0

6

12:16

12

8

Bakı

10

3

1

6

8:22

10

9

AZAL

10

2

5

3

11:15

10

10

Araz Naxçıvan

9

1

1

7

7:16

4

 

Bombardirlər

Rəşad Eyyubov (Simurq) - 6. Mikel Alvaro (İnter), Nurlan Novruzov (Bakı) - 5. Məhəmməd Qurbanov (Sumqayıt), Cavid Hüseynov (Qəbələ) - 4.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

10:50

Murad Musayevli "Krasnodar" çempion heyətin 3 üzvü ilə vidalaşdı

10:19

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:58

Messi ilə Suares Uruqvayda klub yaratdılar

09:25

UEFA Konfrans Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X