Ara-sıra çayxanda görüşüb futboldan danışan qarabağlı qaqalardan biri bərk xəstələnmişdi. 2 həftədi qızdırmadan əziyyət çəkən qaqanın burnunu evdən bayıra çıxarmasına səhhəti yol vermədiyindən digər dost bu dəfə Neftçalanın Bankə qəsəbəsindən olan əsgər yoldaşıyla çay içməyə qərar verdi. Çoxdan görüşməyən gənclər hal-əhval tutduqdan sonra söhbətə balşadılar.
- Ə bu nə sifətdi ə, ütülmüş kəhliyə oxşuyursan...
- Öynən səi, öylənənnən bu günə düşmüşəm dənə. İş yox, güc yox, səhərdən axşamacan oturram öydə.
- Ə qaqa, bir iş tap dana özünə. Bizdə bir baş leytanat varıydı e, Qocayev. Sən öl, bu dəyqə o sənnən cannı olar.
- Nəmm eee. Tap işdiyim dəəəə...
- Birsüyün gələrsən Mıdının çayxanasına, orda bir şey fikirrəşərih. Məm ölüm şey zad çəhmirsən sən?
- A yoğ e, başın buraxmışam, töbə. Sən bir iş tap, mən də işdiyim dəəəə. Nəyşə yad çəkmirəm.
- Yaxşı, gələrsən, qaqan saa bomba bir iş düzüf-qoşar. Heş vejinə də alma.
- Məə bax eee, futbol büyündi?
- Yox qaqa, sabah. Nədiki futbola getməy istiyirsən?
- Gedək dənəəəə. Ölləm e futboldan ötri. O gün tilvizirdə baxdım, amma qol vurammadı dənə “Qarabağ”.
- “İnter” – “Qarabağ” oyununa?
- Hə. Mə bax e, o gədə var a şəftəlisifət gədə. Braziliyalı dənə... Ronaldo döür ooo?
- Reynaldonu deyirsən?
- Hə. A az qala gədəən qarnın cırmışdı dənə. Nə pis qudurub e o. Vüqar əgri vuranda hə, qayıtdı məzələndi dənə Vüqarnan. Vüqar heç cıqqırın da çıxartmadı.
- Çamadanı şişif dana, qaqa. Elə sən demişkən bir-iki qol vuruv özün Ronaldo sayır. İndi Qurban onun qulağın elə burajax kı, “sostav” üzü görəndə qızmış kələ kimi torpağı eşəjəh.
- Məə bax e, bəs o gün məə deyirdün “Neftçi”nin tay vitse-prizidenti yoxdu?
- Nədi ki, var? Sən bunu olmax sayırsan? Qaqam azarkeşdərnən nətər görüşdüsə, “Bakı”ynan oyuna 6 nəfər fanat gəldi.
- O gün “Bakı”ynan oyunda müsahibə verib axı. Saytdan oxudum. Uşağlar yoxdu, o müsahibə alannar. Olardan biri əmiqızının dayısı oğludu dənə. Dünən bir toydayduğ orda, mırt tuturdular ki, azərbaycanca səf-süf danışır. Əyər əvəzinə, əgərsinə yad deyib hə, bıları da gülməy tutub orda.
- Əgərsinə? Qaqam russkoyazıçnıdı dana. AFFA-nın baş katibi Elxan Məmmədov kimi əzilif-büzülür danışanda. Ə yekələndə öyrənəjəh.
- Foqts aradan çıxanda sonra yerinə bə Qurbanı gətimədilər? O təzə kimdi, Fransada görüşdüyləri?
- Prosineçkini deyirsən? Xorvatdı.
- Xorvatdar millini nətər uddusa hə, elə bildilər xorvat gəlsə düzələr? Nə gündədilər ə bular... Akka canı düzələn döür. Tay da gəlib nöyütün pulun Foqtsdan beşbetər yeyəcək. Gedəndə də, hə, hər şey təzdən başdıyacaq.
- Eşitməmisən, hamı gedir quş gətirir, Şahqulu bayquş gətirir.
- Cammatı doluyublar dənə. Töbə doluyublar.
- Çayını iç qaqa, iç gedəh. Mıdı vızıv atır bəyaxdan. Gedəh bəlkə iş məsələsin elə büyün həll elədih.
- Gedək dənə, yoldan da balacıya pampers alaram.
Fanat.az