12:15 02.11.2014 146

Dorinel Muntanyu: "Azərbaycanın uğurunda pay sahibi olmaq..."

Dünən "Qəbələ" İdman Klubu növbəti gərgin və maraqlı günlərindən birini yaşayıb. Fanat.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində 6 illik fasilədən sonra ilkin mərhələni adlayaraq elit mərhələyə vəsiqə qazanan 17 yaşlı futbolçulardan ibarət milli komandamızın bu uğuru Qəbələdə qeyd edilib.


Əsas komanda bu gün "Bakı"ya qarşı keçirəcəyi məsul oyundan öncə vaxt  taparaq gənc futbolçuların sevincinə şərik olub.


Bildiyiniz kimi, ötən ayın son günlərində Belçikada keçirilmiş seçmə mərhələdə 17 yaşlı futbolçulardan ibarət milli komandamız meydan sahibləri, İsveçrə, eləcə də, Bosniya və Herseqovina ilə birlikdə yer aldığı qrupda 4 xal toplayaraq Avropa çempionatının növbəti mərhələsinə - elit raunda vəsiqə qazanmışdı. U-17-nin sonuncu dəfə 2008-2009-cu illər mövsümdə bu nəticəni əldə etdiyini nəzərə alsaq, hazırkı uğurun sevincinin böyük olması da anlaşılandı.


Dünən "Qafqaz Sport Hotel"də keçirilən tədbirdə milli komandamızın uğuru qeyd edilib və eyni zamanda bu uğurda pay sahibi olmuş "Qəbələ" Futbol Akademiyasının 5 yetirməsi mükafatlandırılıb. Qeyd edək ki, Belçikada klubumuzun üzvlərindən Hacıağa Hacıyev, Elvin Dəmirov, Xəyal Əmirli, Amin Seydiyev və Fərid Nəbiyev millinin şərəfini qoruyaraq qazanılan qələbədə pay sahibi olmuşdular.


Tədbiri giriş sözü ilə akademiyanın direktor müavini Nail Kərimov açıb. Əsas komandanın heyəti, akademiya məşqçiləri, U-17, U-16 və U-15 komandalarının üzvləri həm Belçikada vurulmuş qolları, həm də 5 futbolçunun akademiyada keçdikləri yolun fotoslaydını seyr ediblər. Ardınca söz alan akademiyanın baş məşqçisi Halim Fıçıcı, milli komandamızın baş məşqçisi Mirbağır İsayev çıxış edərək görülən işləri dilə gətirib və futbolçulara gələcək karyeralarında uğurlar arzulayılar. 


"Qəbələ"nin əsas komandasının çalışdırıcısı Dorinel Muntyanu da çıxış edib: "İlk öncə akademiyanın koordinatorlarına təşəkkür edirəm ki, işləri bu şəkildə - peşəkarcasına qura bililbər. Növbəti təşəkkürüm akademiya məşqçilərinin hər birinədir, bu futbolçuların yetişməsində onların hər birinin rolu var. Daha sonra isə futbolçuları qeyd etmək istəyirəm. Azərbaycan milli komandasının bu uğurunda pay sahibi olmaq xoşbəxtlikdi. Onlara, həmçinin bütün milli komanda üzvlərinə Avropa çempionatının növbəti mərhələsində uğurlar arzu edir, gələcək karyeralarının parlaq olmasını diləyirəm. Belə görürəm ki, rəhbərlik etdiyim əsas komandanın gələcəyi parlaqdır. Tezliklə həm bu "beşliyin", həm də klubumuzun digər yetirmələrinin "qapımızı döymələrini" arzulayır, onlara hər zaman yardım etməyə hazır olduğumu bildirirəm".


Daha sonra Muntyanu klubun xatirə hədiyyələrini bu qələbənin əsas memarları - milli komandamızın baş məşqçisi Mirbağır İsayevə və köməkçisi Baba Əsgərova təqdim eedib. Futbolçular Kamran Ağayev, Dodo, Ruslan Abışov, Cavid Hüseynov və Viktor Mendi Hacıağa Hacıyev, Fərid Nəbiyev, Xəyal Əmirli, Elvin Dəmirov və Amin Seydiyevi buts və üzərində yeniyetmə futbolçuların adları yazılmış əsas komanda formaları ilə mükafatlandırıb.


gabalafc.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X