"Qəbələ" Premyer Liqanın XI turunda "Bakı"nı qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi X turla müqayisədə start heyətində bir dəyişiklik edib.
"Qəbələ"nin çalışdırıcısı Dorinel Muntanyu Ruslan Abışovu ehtiyata göndərib. Əvəzində ötən tur sonradan meydana buraxdığı Elvin Camalovu start heyətinə salıb.
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca isə məcburi dəyişiklik etməli olub. Türk mütəxəssis sarı vərəqə limitini dolduran Nurlan Novruzovun əvəzində cəzasını başa vuran Vüqar Bəybalayev meydana çıxacaq.
Fanat.az