Dorinel Muntyanu "Bakı" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi bir xalın onları qane etmədiyini deyib:
"Təəssüf ki, ev oyununda 3 xal qazana bilmədik. Nəticədə bir xalla kifayətləndik. Bu bizi qane etmir. Rəqib demək olar ki, bir real qol epizodu yaratdı. Bir dəqiqəlik diqqətsizlik qapımıza qol vurulmasına səbəb oldu. İkinci hissədə çox çalışsaq da, sonuncu zərbəni vura bilmədik. Qazanılan 1 xal isə, sözsüz ki, heç kimi razı sala bilməz".
Fanat.az