Topaz Premyer Liqasının XI turunda lider "Qarabağ" son pillənin sahibi "Araz Naxçıvan"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi start heyətlərini açıqlayıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən turla müqayisədə heyətdə 8 dəyişiklik edib. İbrahim Şehiç, Maksim Medvedev, Namiq Yusifov, Vüqar Nadirov, Riçard Almeyda və Admir Telini ehtiyatda saxlayan çalışdırıcı, Ansi Aqolli və Bədavi Hüseynovu "18-liy"ə salmayıb. Qurbanov bu futbolçuların əvəzində Fərhad Vəliyev, Tərlan Quliyev, Hacı Əhmədov, İnnosent Emeqara, Rəşad Sadıqov, İlqar Qurbanov, Şəhriyar Əliyev və Leroy Corca ilk dəqiqələrdən oynamaq şansı verib. Qurbanov "İnter"lə oyundakı "11-lik"dən cəmi 3 nəfərin Reynaldo Silva, Muarem Muarem və Qara Qarayevi bu dəfə də start heyətinə salıb.
"Araz Naxçıvan"ın baş məşqisi Əsgər Abdullayev isə "Qəbələ" matçı ilə müyisədə "11-lik"də 2 dəyişiklik edib. Emin Cəfərquliyevlə David Canelidzeni ehtiyatda saxlayan baş məşqçi Tərlan Xəlilovla Azər Məmmədova şans verib.
Fanat.az