"Sumqayıt" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Aqil Məmmədov Aleksandr Çertoqanovun xidmətindən məhrum olub.
Milli komandamızın sabiq üzvü sarı vərəqə limitini doldurub. Çertoqanov "İnter"lə oyunun 43-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə "sarı" alaraq cəzalı duruma dühüb. Bu səbəbdən o, "Araz Naxçıvan"la oyunu buraxacaq.
Qeyd edək ki, Çertoqanov bundan əvvəl "Xəzər Lənkəran" (II tur), "Neftçi" (VIII) və "Qəbələ" (IX) ilə oyunlarda "sarı" almışdı.
Fanat.az