16:43 04.11.2014 727

"Müharibə" Naxçıvanda başladı - TƏFƏRRÜATLAR

"Araz Naxçıvan"ın Premyer Liqada imtinası çoxları üçün gözlənilməz olsa da, əslində belə bir qalmaqalın baş verməsi gözlənilirdi. Səbəbini isə 9 gün əvvəl Fanat.az yazmışdı.

Oktyabrın 24-də dərc etdiyimiz "Nəsirovu prezident aparatında danladılar - AFFA dəyişiklik astanasında" başlıqlı xəbərdə baş verəcək olaylarla bağlı məlumat vermişdik. Həmin yazıda qeyd olunurdu ki, AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun "kreslo"su əlindən alına bilər. Son 7 ildə "almanlaşma siyasəti"nin kuratoru kimi yuxarılara hesabat verən Nəsirov töhmət alıb. Məlum fiaskodan sonra prezident aparatına çağırılan Elşad bəydən hesabat tələb olunub. Konkret olaraq vaxtı ilə "almanlaşma siyasəti" layihəsinin yuxarlarda "dobro"sunu almaqla zəmanət verdiyi vitse-prezidentə xatırladılıb. 

Mənbə həmçinin qeyd edirdi ki, layihənin fiaskosu Elşad Nəsirovun komandasının sonudu. Artıq hərəkətə keçən komanda özlərinə yaxın mətbuat vasitəsi ilə Foqts məsələsini gündəmdən çıxarmaq istəyirlər. Hətta  kurasiyalarında olan komandalara qarşıdakı Premyer Liqa oyunlarında guya hansısa haqsızlığa görə çempionatı tərk etmək əmri verilib. Bunun da səbəbi ölkə mətbuatının və futbol ictimaiyyətinin diqqətini yayındırmaqdı. 

Cəmi 9 gün sonra təqdim etdiyimiz bu xəbər nöqtə-vergülünə qədər təsdiqləndi. Xəbərdə qeyd olunurdu ki, "qarşıdakı Premyer Liqa oyunlarında guya hansısa haqsızlığa görə çempionatı tərk etmək əmri verilib". "Araz Naxçıvan"ın Premyer Liqanı tərk etmək bəhanəsinin də arxasında məhz bu səbəb durur. Klubun çempionatdan çıxmaqla bağlı bəyanatında deyilir: "Zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar Muxtar Respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu. Xatırlayırsızsa, hələ çempionatın 2-ci turunda "Qəbələ", 4-cü turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu... Sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbr kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi". 

"Qarabağ" və "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə düşməsi, digər klublarımızın əvvəlki illərlə müqayisədə avrokuboklarda daha uğurlu çıxışı Premyer Liqanın inkişafının göstəricisidi. Bunun fonunda milli komanda nəinki irəli gedir, əksinə gündən-günə geriləyir. Çempionatın inkişafı son 7 ildə yığma komandalara və onların başında duran almanlara himayədarlıq edən Elşad Nəsirovun komandasına başucalığı gətirmir. Elə bunun nəticəsidi ki, onlar çempionatda qalmaqal yaratmaqla vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışır.

"Araz Naxçıvan"ın Premyer Liqadan imtinası adıçəkilən komandanın təxribat planının yekunlaşmasına səbəb olmayacaq. Bundan əvvəl də qeyd etdiyimiz kimi, onlar özlərinə yaxın klublara xüsusi təlimat veriblər. Bu təlimatlara uyğun olaraq qarşıdakı turlarda növbəti dəfə "qiyam"ların şahidi ola bilərik. Hətta çempionatın yarımçıq dayandırılması da gündəmə gələ bilər.

Təbii ki, çempionatın yarımçıq dayandırılması Rövnəq Abdullayev üçün yaxşı hal olmayacaq. İllərdi AFFA prezidenti ilə mübarizə aparan Elşad Nəsirovun da hədəfi məhz budu. Vitse-prezident futbolda növbəti dəfə qiyam yaratmaqla AFFA başçısını ölkə rəhbərliyinin gözündən salmaq istəyir. Xatırlayırsınızsa, sonuncu dəfə çempionatın yarımçıq dayandırılması Fuad Musayevin AFFA prezidenti postundan gedişi ilə nəticələnmişdi. İndi Elşad Nəsirov və komandası 2002-ci ildəki bu ssenarini təkrarlamaqla həm vəziyyəti öz xeyirlərinə dəyişmək, həm də futbol təsərrüfatını tamamilə nəzarətə götürmək istəyirlər.

Sonda qeyd edək ki, millinin oyunlarına görə, Premyer Liqa fasilə yaranıb. Bu müddətdə çox şey dəyişə bilər. Belə ki, Rövnəq Abdullayev ötən gündən "Araz Naxçıvan" məsələsinə müdaxilə edərək komandanın çempionatdan çıxmasının qarşısını almağa çalışır. Ola bilər ki, qarşıdakı günlərdə "Araz Naxçıvan"ın fəaliyyətini davam etdirməsi üçün klub rəhbərliyi ilə razılıq əldə olunsun. Amma bu, Elşad Nəsirovun komandasını dayandırmayacaq. Əksinə, onlar bundan sonra daha böyük qüvvə ilə hücuma keçəcək.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

10:50

Murad Musayevli "Krasnodar" çempion heyətin 3 üzvü ilə vidalaşdı

10:19

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:58

Messi ilə Suares Uruqvayda klub yaratdılar

09:25

UEFA Konfrans Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X