XI turun "Sumqayıt" - "İnter" matçında diqqətimizi çəkən daha bir məqam oldu. Qarşılaşmaya "İnter" öz mühafizəçilərini də gətirmişdi.
Daha doğrusu, Beynəlxalq Bankın mühafizəçiləri "İnter"in azarkeşlərini və futbolçularını qorumaq üçün Sumqayıta üz tutmuşdu. Mühafizəçilərin arasında bir nəfər isə bizə tanış gəldi və araşdırma nəticəsində məlum oldu ki, bu, bir vaxtlar Azərbaycanın gənclərdən ibarət yığma komandasının, həmçinin Sumqayıtın "Xəzər", İmişlinin "Lokomotiv" və "MKT-Araz" klublarının şərəfini qorumuş veteran qapıçı Rəşad Mustafayevdi.
Deyilənə görə, sumqayıtlı olan Mustafayevin "İnter"ə mühafizəçi kimi işə düzəlməsinə hazırda bu klubun şərəfini qoruyan qapıçı, elə Rəşadla Sumqayıtda bir məhəllədə qalan Elşən Poladov köməklik edib.
rekord.az