23:26 25.07.2017 659

"Oyunumuzda mütləq dəyişiklik olacaq"- Qurban Qurbanov

“Gözlədiyimiz oyun oldu. Rəqibdən bu cür çıxış gözləyirdik. Bu turnir bir daha göstərdi ki, burda zəif komanda yoxdu, hamısı öz ölkəsinin çempionudu”. Fanat.Az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.


 

Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Moldova çempionu “Şerif”lə heç-heçə edib – 0:0.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun bərabərlik şərhi belə olub: “Hardasa alınmadı. Amma komandadan razı qaldım. O mənada ki, sona qədər mübarizə apardılar. Sadəcə, texniki səhvlərimiz çox oldu. 0:0 hesabı da pis nəticə deyil. Evdə qol buraxmamaq da üstünlükdü. Rəqibi daha yaxşı analiz edib, cavab matçına hazırlaşacağıq. Azarkeşlərin qola sevinməmələrinə üzüldüm. Hamısına təşəkkür edirəm. Bizə inanırlar, onların bu inamını doğrultmağa çalışacağıq”.

 

- Sanki ilk hissədə ya onlar sizi yaxşı təhlil etmişdilər, ya da siz rəqibi yaxşı təhlil edə bilməmişdiniz...

- Bu komanda fərqli sistemlərdə çıxış edir. Onların 20 nömrəli oyunçusu ən fəal futbolçu idi. 90 dəqiqə ərzində dayanmadı. Biz bunlara hazırlaşmışdıq. İlk hissədə rəqibin imkan verdiyi qədər oynamağa çalışdıq. Səfərdə daha açıq futbol oynayacaqlar. Buna hazırlaşacağıq. Futbolda bəzən belə olur. “Şerif” müdafiədə səhv etməyən komandadı. Onlar istədiklərini ala bildilər.

 

- Yakub Jezniçakın zədəsi nə yerdədi?

- Məncə, ciddi bir şey yoxdu. Amma yenə də həkimlər sabah dəqiq cavab verəcəklər. Çünki əzələ ağrısı futbolçuya xoş olmayan zədədi.

 

- “Qarabağ” rəqibdən güclü olsa da, funksional olaraq hazır deyil. Cavab görüşünə qədər nə isə dəyişə biləcəksinizmi?

- Öz proqramımız üzrə çalışırıq. Bəzi oyunçular üçün əlavə proqram tuturuq. Hansı oyunçunun funksional səviyyəsi aşağıdısa, onun üzərində çalışacağıq. Komanda bu il az müddət bir yerdə oldu. Bəzi çalışmazlıqlar var ki, bu da vaxtla əlaqəlidi. Bu da oyundan-oyuna düzələcək.

 

- “Qarabağ”ın bu gün fiziki cəhətdən zəif görünməsi nə ilə əlaqədardı?

- Rəqib ikinci hissədə nadir hallarda hücuma keçirdi. Bəzi oyunçuların funksional hazırlığı aşağıdı. Ancaq Çempionlar Liqasındakı 3 oyun hazırlıq səviyyəmizin yüksəlməsi üçün çox kömək oldu. Bu gün də öz proqramımızla gedirik. Problemli bir şey yoxdu. Ola bilər ki, digər komandalar daha çox oyun keçiriblər. Avstriya toplanışına gedəndə ixtiyarımızda 10 oyunçu var idi. Komanda tam tərkibdə gec məşq etdi. Hələ vaxtımız var.

- Əfranın yerinə Mahir meydana çıxdıqdan sonra hücumunuz daha kəsərli oldu. Cavab matçında necə oynamağı düşünürsünüz?

- Heyəti bu gündən deyə bilmərəm. Hələ bir həftə vaxtımız var. Orda hansı oyun üslubunu quracağıq? Buna təhlil etdikdən sonra qərar verəcəyik. Lazım olsa müdafiə olunacağıq. Hücumda oynamaq lazım olsa da, belə çıxış edəcəyik. Oyunun gedişatına görə əlavələr mütləq olacaq.

 

- Gözlədiyiniz “Şerif”i meydanda gördünüz?

- Gözlədiyimdən də aqressiv komanda gördüm. Təcrübəli komandadı. Onları indi daha yaxşı tanıdıq. Onlar nəticəyə oynamağa bacarırlar. Bu gün də bunun şahidi olduq. Bəzən biz müdafiə olunanda azarkeşlərə birtəhər gəlir. “Şerif” lazım olsa, 90 dəqiqə hücum və ya müdafiə etməyi bacarır. Bizi neçə dəfə əks-hücumda tuta bilərdilər. Müdafiəçilərimiz diqqətli oldular. Səfərdəki oyunda tam fərqli komanda ilə qarşılaşa bilərik. “Kukesi” ilə oyunlarda da fərqli futbol sərgiləmişdilər. Oyunumuzda mütləq dəyişiklik olacaq.

 

- Pley-off öncəsi evdə qolsuz bərabərlik komandada gərginlik yarada bilərmi?

- Belə düşünmürəm. Çalışacağıq nəticə üçün oynayaq. Bunun üçün də əlimizdən gələni edəcəyik.

 

- Ağabalanı meydana gec buraxmağınız nə ilə bağlı idi?

- Donald yorulmuşdu, buna görə də Ağabalanı meydana buraxdım.

 

- “Şerif”in “Kukesi” ilə oyunlarını yəqin ki izləmisiniz. Onların fərqli çıxışını necə dəyərləndirmək olar?

- Hər iki oyunlarını izləmişdim. “Kukesi” ilə səfər matçına qalib kimi getmişdilər. Bu üzdən əsas məqsədləri qol buraxmamaq idi. Məşqçilər, futbolçular daha inkişaf edirlər, rəqibi daha yaxşı tanıyırlar.

 

- İlk hissədə çoxlu top itkilərindən sonra meydanı yoxladınız. Buna səbəb nə idi?

- Meydança yaxşı sulanmadığı üçün top yaxşı getmirdi. Buna görə də, fasilədə meydança çox sulandı və ikinci hissədə daha sürətli oynadıq. 




mənbə: apasport.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

Facebookdan bizi izləməyi unutmayın.
X