“Sent Etyen”lə ev oyununda tribunalarda böyük dövlət rəmzini gəzdirməklə xoş görüntülər yaradan azarkeşlərin şousu maraqla qarşılandı. Fanat.az xəbər verir ki, “Dnepr”lə sabahkı qarşılaşma da möhtəşəm görüntüyə səhnə olacaq.
Belə ki, bu dəfə əvvəldən sifariş edilmiş klub bayraqları oturacaqların üstünə qoyulacaq. Matçı seyr etməyə gələn bütün tərəfdarların meydan sahiblərinin atributu ilə “silahlanması” isə sıradan hal deyil.
Xatırladaq ki, “Qarabağ” - “Dnepr” matçı sabah 21.00-da start götürəcək.
Fanat.az