Ukraynanın "Dnepr" klubu Bakıya çatıb. Fanat.az xəbər verir ki, 9 il öncə "Qarabağ"ın şərəfini qorumuş Sergey Kravçenko Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah qarşılaşacaqları çempionumuzla oyun öncəsi paytaxtımız barədə fikirlərini bölüşüb.
"Açığı, Bakını tanımadım. Hələ o vaxtlar şəhər gözəlliyi ilə seçilirdi. Ancaq indi gördüklərim məni heyran etdi. Bakı əməlli-başlı yenilənib".
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" qarşılaşması sabah saat 21:00-da start götürəcək.
Fanat.az