“Uşaq yaşlarımdan futbolla maraqlanıram. Amma o vaxtlar bu idman növü çox inkişaf etməmişdi deyə, mən də müğənniliyi seçdim. İndiki vəziyyəti bilsəydim, mütləq futbolçu olardım". Fanat.az xəbər verir ki, bu sözləri axşam.az saytına müğənni Səyyad Əlizadə deyib.
Sənətçi həmçinin bildirib ki, sabah Avroliqanın qrup mərhələsi çərçivəsində "Qarabağ"ın "Dnepr"lə matçını stadiondan izləmək istəyir: "Söz veriblər, oyuna yaxşı yerdən biletim olacaq. Sözlərinin üstündə dursalar, stadiona yollanacağam”.
Fanat.az