Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "Səbail" sonuncu yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin komandası Səudiyyə Ərəbistanının "Əl-Raed" klubu ilə qarşılaşıb. "Səbail" 1:2 hesabı ilə uduzub. Bayıl təmsilçisinin yeganə qolunu Amit Quluzadə vurub.
Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Ərəbistanının "Əl-İttifaq", Özbəkistanın "Paxtakor" klublarına eyni hesabla (1:4) uduzub.
Fanat.Az