"Transferlərlə sürpriz olacaq. Gözəl bir sürpriz. Hatem Ben Arfa və Marouane Fellaini ilə bağlı danışıqlarımız oldu. Ben Arfa PSJ-də qalmaq istəyir. Amma böyük ehtimalla gedəcək. Hazırda maraq dairəmizdədi. Arda Turan başımızın tacıdı, qanımızdan, canımızdan olan övladımızdı. Mütləq "Qalatasaray"ın formasını geyinəcək". Fanat.Az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın idman direktoru Cenk Ergün deyib.
Komandanın Avstriya toplanışında brifinq keçirən klub rəsmimi transferlərlə bağlı önəmli açıqlamalar verib. O, bildirib ki, "Vest Hem"dən Sofiane Fequli və "Mançester Siti"dən Fernando yaxın günlərdə komandaya qoşulacaq: "Fequli və Fernando təlim-məşq toplanışına gələcək. Fernando ilə hər şey razılaşdırılıb, müqavilə imzalamaq qalıb. Fellaini ala bilsək, "Osmanlıspor"dan Badou Ndiayeni almayacağıq".
Fanat.Az