Türkiyə milli komandasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Fatih Terim Braziliya və Qazaxıstan matçları üçün 28 futbolçuya dəvət göndərib.
"İmperator" Çexiya və Latviya ilə oyunlara zədələrini bəhanə edərək gəlməyən Ömer Toprakla Hakan Çalhanoğlunu yığmaya çağırmayıb. Gökhan Töre isə heyətdə yer alıb. Fatih Terim "Bursaspor"dan qapıçı Harun Tekini ilk dəfə milliyə dəvət edib.
Qeyd edək ki, Türkiyə yığması noyabrın 12-də "Şükrü Saracoğlu" stadionunda Braziliya millisi ilə yoxlama oyunu keçirəcək, 4 gün sonra "Türk Telekom Arena"da Qazaxıstanla seçmə mərhələ matçına çıxacaq.
Qapıçılar: Volkan Dəmirəl (Fənərbaxça), Volkan Babacan (Başakşəhər), Harun Tekin (Bursaspor).
Müdafiəçilər: Bekir İrtegün, Caner Erkin, Gökhan Gönül (üçü də "Fənərbaxça), Tarık Çamdal, Semih Kaya (ikisi də "Qalatasaray"), Serdar Aziz (Bursaspor), İsmail Köybaşı (Beşiktaş), Kaan Ayhan (Şalke 04, Almaniya).
Yarımmüdafiəçilər: Hamit Altıntop, Selçuk İnan (ikisi də "Qalatasaray"), Alper Potuk, Mehmet Topal (ikisi də "Fənərbaxça), Mehmet Ekici (Trabzonspor), Bilal Kısa (Akhisar Bələdiyyəspor), Oğuzhan Özyakup (Beşiktaş), Ozan Tufan (Bursaspor).
Hücumçular: Gökhan Töre, Olcay Şahan, Mustafa Pektemek (üçü də "Beşiktaş), Umut Bulut, Burak Yılmaz (ikisi də "Qalatasaray"), Adem Büyük (Kasımpaşa), Volkan Şen (Bursaspor), Arda Turan (Atletiko, İspaniya), Mevlüt Erdinç (Sent-Etyen, Fransa).
Fanat.az