Futzal üzrə Azərbaycan çempionatının 5-ci turunun qarşılaşmaları keçirilib. Fanat.az xəbər verir ki, bu turadək itkisiz irəliləyən lider "Fener" heç-heçəylə kifayətlənib.
Ölkə çempionu "Araz" isə 3-cü dəfə meydançanı başıaşağı tərk. Turun ən fərqli qələbəsini "Xəzər Aylands" qazanıb.
"Qarabağ Veteranları" - "Xəzər Aylands" 0:11
"Araz" - "Neftçi" 1:3
"Ekol" - "Fener" 3:3
Beş turdan sonra turnir cədvəlinə 13 xalla "Fener" başçılıq edir. Aktivində 12 xal olan "Xəzər Aylands" 2-ci pillədə qərarlaşıb. İlk üçlüyü 9 xalla "Neftçi" qapayır.
Fanat.az