AZAL növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Bakı klubu Emin Cəfərquliyevi heyətinə qatıb. Bir neçə gündü baxışda olan futbolçu baş məşqçi Vaqif Sadıqov tərəfindən bəyənilib və onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçinin son iş yeri “Sumqayıt” olub. Emin 2012/13 mövsümündə bu komandada 23 oyuna çıxaraq 967 dəqiqə oynayıb 1 qola imza atıb. U-21 və A milliyə dəvət almış futbolçu əvvəllər “Neftçi”, “Karvan”, “Bakı”, MOİK və “Simurq”da çıxış edib.
İdman24.az