AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveçlə oyuna hazırlaşan Azərbaycan millisi dünən Bakıdakı hazırlıq prosesi çərçivəsində yoxlama matçında qüvvəsini sınayıb. Fanat.az xəbər verir ki, Mahmud Qurbanovun başçılıq etdiyi komanda skandinaviyalılarla görüşə hazırlıq məqsədiylə U-21-i sınağa çəkib.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan oyununda azarkeşlər 6 qola şahidlik edib. Mahmud Qurbanovun yetirmələri Bernard Lippertin komandasına 4:2 hesabı ilə qalib gəlib. A millinin heyətində Mahir Şükürov (penalti), Rauf Əliyev, Araz Abdullayev və Məhəmməd Qurbanov fərqlənib, U-21-in heyətində Namiq Ələsgərov dubl edib (biri penalti).
Qeyd edək ki, millimiz Norveçlə noyabrın 16-da oynayacaq. Mataç saat 21.00-da başlayacaq.
Yoxlama oyunu
9 noyabr
Azərbaycan (A milli) - Azərbaycan (U-21) 4:2
Qollar: Mahir Şükürov, 24-pen. Rauf Əliyev, 38. Araz Abdullayev, 51. Məhəmməd Qurbanov, 87 - Namiq Ələsgərov, 29; 60-pen.
Azərbaycan (A milli): Səlahət Ağayev (Emil Balayev, 26/Kamran Ağayev, 70), Mahir Şükürov (Qara Qarayev, 46), Rəşad Sadıqov (Bədavi Hüseynov, 46), Ruslan Abışov (Rasim Ramaldanov, 46), Elvin Yunuszadə (Tərlan Quliyev, 46), Maksim Medvedev (Məhəmməd Mirzəbəyov, 46), Rahid Əmirquliyev (Mirhüseyn Seyidov, 46), Cavid Hüseynov (Rəhman Hacıyev, 46), Araz Abdullayev, Rauf Əliyev (Rəşad Abdullayev, 46), Vüqar Nadirov (Məhəmməd Qurbanov, 46).
Baş məşqçi: Mahmud Qurbanov.
Azərbaycan (U-21): Şahruddin Məhəmmədəliyev, Məqsəd İsayev, Elvin Bədəlov, Namiq Ələsgərov, Azad Kərimov, Maksim Demençuk, Azər Salahlı, Vadim Abdullayev, Elvin Camalov, Bayram Budaqov, Nasir Əbiləyev.
Baş məşqçi: Bernard Lippert.
Baş hakim: Ramil Əhmədov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Fanat.az