10:28 01.08.2017 923

Oğlunun bahalı maşınları ilə gündəmə gələn vitse-prezident: "Nazirin xəbəri var"

Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov ölkə.az-a xəbər portalına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:


- Bu günlərdə bir qrup tanınmış güləşçilərimizin maaşlarını ala bilməməsinə etiraz olaraq aksiya keçirməsi birmənalı qarşılanmayıb. Bu addımı siz necə qarşıladınız? 

- Mən bunu dəfələrlə demişəm. Bu dəfə də deyirəm ki, Federasiyada maliyyə problemi var. Ancaq bu problemi belə böyütməyin və şişirtməyin tərəfdarı deyiləm. Təbii ki, maaşla bağlı etiraz edən idmançılar sırdan adamlar deyil. Onlar ölkəmizdə kifayət qədər tanınmış və adlı-sanlı idmançılardır. Hələ onlar ölkəmiz üçün çox qələbələr qazanacaq. Onsuz da güləşçilərimizin qaldırdığı məsələni hamı bilirdi. Bu problem təkcə onların üzləşdiyi məsələ deyil. Nazirlik və Federasiyanın da bu problemdən məlumatı var. Onun üçün də səbr etmək lazım idi. Bu gün sual vermək olar ki, Federasiya nə iş görür? Hazırda Bosniya və Hersoqovinada yeniyetmələr arasında Avropa birinciliyi üzrə yarış keçirilir. Sabah isə Azərbaycandan olan idmançılar ora yola düşəcək. Bütün bunları təşkil etmək və hazırlamaq asan iş deyil. Azərbaycan Güləş Federasiyası xeyli vaxtdır ki, buna hazırlıq işləri görürdü. Əslində Federasiya həmin idmançıları yarımçıq şəkildə hazırlayıb, digər idmançıların pullarını da verə bilərdi. Ancaq biz istəyirik ki, həmin idmançıların davamçıları da yetişsin. Ona görə də gəncləri və yeniyetmələrin yarışlara hazırlıq işlərini həyata keçiririk. Həmin idmançılar yarışlara gedib müəyyən uğurlar və nəticələr qazanırlar. 


Etiraz edən güləşçilərimizin tələblərinə bir söz demirəm. Hərə öz fikrində azaddır. Biz azad cəmiyyətdə yaşayırıq. Eybi yox, qoyun, öz fikirlərini səsləndirsinlər. Ancaq hər bir şeyin də bir həddi var. Məsələ burasındadır ki, bəzi insanlar öz sahələri üzrə işlə məşğul olmurlar. Azərbaycan Güləş Federasiyası ictimai bir təşkilatdır. İctimai birliyin də heç bir gəlir mənbəyi, biznesi yoxdur. Ümumiyyətlə, federasiyaların hamısı bu cür yaranır, sonra isə Olimpiya Komitəsində yer tutur.


Fürsətdən istifadə edib, cənab Prezidentimizi də təbrik edirəm. Çünki ötən gün cənab Prezidentimizin Milli Olimpiya Komitəsinin prezidenti təyin olunmasının 20 ili tamam olur. Azərbaycanda idmana qayıdış və idmançılara böyük diqqət və qayğı cənab Prezidentin Milli Olimpiya Komitəsinin prezidenti olmasından sonra güclənib. Bütün bunları gərək heç kim danmasın, itirməsin. Bunu itirmək günahdır, eyibdir.


- Bəzi idmançılar bahalı avtomobillərinə və dəbdəbəli həyat tərzinə görə tez-tez tənqidə məruz qalır...

- Gərək heç kim idmançıların pulunu, varını da saymasın. Kimin evi, maşını, imkanı varsa, sağlığına qismət olsun. 


Eyni zamanda bu gün idmançıların da əsas hədəfi bu olmamalıdır. Əsas məsələ həmin idmançıların beynəlxalq yarışlara hazırlığı ilə bağlıdır. Bu hazırlıq da müəyyən səviyyədə görülür. Doğrudur, təlim-məşq toplantıları əvvəlki illərlə müqayisədə bu il az olub. Bunun səbəbi maliyyə problemləri ilə bağlıdır. Hazırda bu problemin həlli üçün müvafiq yollar axtarılır. 


- Bəs üzləşdiyiniz maliyyə probleminin kökündə nə dayanır?  

- Vallah, onu mən bilmirəm. Məsələdən Fazil müəllimin də xəbəri var. İnşallah bu məsələ də öz həllini tapacaq.    


- Federasiya prezidenti olaraq Fazil Məmmədov sizinlə əlaqə saxlayıb, problemin kökü ilə maraqlanıbmı?  

- Xeyr, əlaqə saxlamayıb. Yəqin ki, bu günlərdə rəhbərlik səviyyəsində məsələyə reaksiya veriləcək. Hesab edirəm ki, hər şey yaxşı olacaq. 


Bilirsiniz, həmin idmançılar əmək haqqı, mükafat davası aparır. Mükafat olanda, Federasiya lazımı qədər verib də! Əmək haqqı da lazımı qədər verilib. Elə idmançılar olub ki, kifayət qədər yüksək əmək haqqı və mükafatlar alıb, dövlətdən yüksək diqqət və qayğı görüb. Bütün bu görülən işləri birdən-birə kənara atmaq olmaz. Nəzərə almalıdırlar ki, bu gün Azərbaycanda onlardan qat-qat ağır vəziyyətdə yaşayan insanlar var. Bəs o insanlar nə etsinlər? İndi hər kəs bir fikir səsləndirir. Ancaq onların hansının doğru, hansının səhv olduğunu zaman göstərəcək. Hər şeyin zamana ehtiyacı var. Elə olar ki, sabah Federasiya rəhbərliyi yenə də əvvəlki vəziyyəti yaradar. Necə ki, bir neçə il öncəyə də qədər belə idi, idmançıların heç bir problemi olmurdu. 

İndi etiraz edən güləşçilər deyir ki, bizə forma verilmir və sairə. Halbuki, bir neçə il öncəyə qədər elə olurdu ki, idmançılara hər fəsilə aid formalar, çantalar, geyimlər verilirdi. 


Güləş həm də bizim milli idman növümüz sayılır. Bu idman növü bizim qanımızda, canımızda var. Azərbaycanda güləşlə 10-15 min adam məşğul olur. Onların içərisindən seçib hazırlaşdırıb dünya və Avropa çempionu etmək hər adama nəsib olmur. Bu gün problemi qaldıran adamlar da gündəmdə olan adlı-sanlı idmançılardır. Gərək onlar bu cür məsələlərdə dözümlü olsunlar. Çünki onların bu addımından Azərbaycanı sevməyən qüvvələr yararlanmağa çalışırlar. Bütün bunlar isə bizim adımıza və imicimizə mənfi təsir edir. 


Hər halda ümid edirəm ki, bu problem də ən yaxın zamanda həllini tapacaq.  


- Bəzi güləşçilərimiz beynəlxalq yarışlara getməkdən imtina ediblər. Bu məsələ necə həll olunacaq? 

- Bilirsiniz, bu cür hallara zaman-zaman hər bir idman növündə və komandalarda rast gəlinir. Misal üçün, bir idmançı tələb qoyur və həmin tələb yetirilməyənə kimi tədbirə getməyəcəyini deyir. Bütün bunlar onların öz şəxsi işləridir. Bu cür hallar təkcə güləşdə deyil, boksda, futbolda və digər idman növlərində var. Bu cür hallar maliyyə ilə bağlı olduğu üçün dünyanın bütün ölkələrində olur. Sadəcə olaraq, birində gizli şəkildə olur, birində isə açıq şəkildə danışılır. İndi qarşıdan gələn yarışlara kim gedəcək, kim getməyəcək, bu onların öz işləridir. 


- Bu barədə onlarla söhbətiniz olubmu?  

- Xeyr, hələ olmayıb. Çünki onlar hələ qəti sözlərini deməyiblər. Ona görə də hələ onlarla söhbət aparılmayıb. Əgər kim yarışlara tam hazırdırsa, getmək istəyirsə, buyurub getsin. Kimsə də hər hansı səbəbdən gedə bilmirsə, onun yerinə ayrı idmançılar gedəcək.  


- Bəs siz kimin – tanınmışların, yoxsa digərlərinin beynəlxalq yarışlara getməsini daha çox istərdiniz?

- Əvvəla, tanınmışlar ilk növbədə gedib öz titullarını qorumalıdır. Digər tərəfdən isə Azərbaycan dövlətinin, millətinin və bayrağının adını ucaltmalıdır. Daha onlar pul söhbəti etməməlidir. Bu gün bizdən qat-qat zəif, acınacaqlı vəziyyətdə olan ölkələr var ki, onların idmançıları gedib qalib olurlar. Bu yaxınlarda biz bunun nümunəsini Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında gördük. Həmin vaxtı müharibə gedən ölkələrdən – Əfqanıstan, İraq, Suriya, Livan və Pakistandan idmançılar səngərlərdən çıxıb gəlib Bakıda yarışlara qatılırdılar. Bəs həmin ölkələr nə etsin? Bu gün Azərbaycanda olan şəraitlə həmin ölkələrdəki şəraiti müqayisə etmək olar? İndi bir az maaşlarda və mükafatlarda gecikmələr varsa, buna görə belə etmək olmaz.  

Digər tərəfdən mən inanmıram ki, idmançılarımız beynəlxalq yarışlara getməkdən imtina etsinlər.


- Toğrul Əsgərov və Rəsul Çunayevin Azərbaycandan getməsi barədə məlumatlar yayılıb. Bu barədə onların özləri ilə söhbətiniz olubmu? 

- Əslində, bunu onların hamısı səsləndirib. Bu onların öz işidir. Digər tərəfdən isə onların buradan getməsi mümkün məsələ deyil. Bunun üçün Azərbaycan Güləş Federasiyasının, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan hökumətinin razılığı olmalıdır. Yoxsa ki, bunlar istədiyi zaman harasa gedə bilməzlər.  


Heç onların vətəndaşlıqdan da imtina etməsinə imkan verilməz. Çünki onların hamısı Azərbaycanda müxtəlif sahələrdə çalışırlar, dövlət vəzifələri var, hərəsi bir qurumdan əmək haqqı alır. Misal üçün, Rəsul Çunayev Dövlət Sərhəd Xidmətinin baş leytenantıdır, oradan pul alırlar.


Digərləri də onun kimi dövlətdən maaş alırlar. İndi onlar nəyin davasını aparırlar, hələ də mənə qaranlıq qalır. 


- Həmin güləşçilər təlim-məşqlərə gəlirlərmi? 

- Əlbəttə ki, gəlirlər. Elə dünən də Rəsul Çunayev, Həsən Əliyev, Rövşən Bayramov, Toğrul Əsgərov və digərləri zalda idilər. Hamısı öz yerlərində məşq edirdilər. Onlar da yaxşı bilirlər ki, hazırlıq keçmədən heç bir yarışa getmək mümkün deyil. İndi onların bəziləri baş məşqçi Firdovsi Umudovu qınayır. Deyirlər ki, guya baş məşqçi onların yanında olmadı və sairə. Mən başa düşmürəm ki, axı baş məşqçi bunlara daha nə etməlidir? Bunlar baş məşqçinin yanında olmalıdır, baş məşqçi bunların yanında deyil. Bu cür məsələləri səsləndirən insanların bu gün diqqətsizlikdən və qayğısızlıqdan şikayətlənməyə haqqları yoxdur. Ümumiyyətlə, idmançıların problemlərini heç kim üzərinə götürüb həll edə bilməz. 


- Bir neçə il öncə Milli Məclisin bir sıra deputatları dövlət tərəfindən mükafatlandırılan idmançıları harınlamaqda ittiham etmişdilər...

- Bu da doğru deyildi. İdmançının pulunu və maşınlarını saymaq, onun hərəkətlərini gündəmə gətirmək yaxşı hal deyil. Həmin deputatlara sual olunur ki, bəs idmançı insan deyil? İdmançı nədə gəzməlidir? 


- Amma idmançı sürət həddini aşıb, bahalı maşınla adam da vurmalı deyil!...

- Bəli, mən bu cür hərəkətlərə də haqq qazandırmıram. Ancaq başqa sahələrdə bunu edənlər yoxdur? Bəzən adi sürücü də gedib adam öldürür. O da idmançı deyil ki? 


Təbii ki, bəzi idmançılar da pis əməllər törədən zaman öz ad-sanlarından sui-istifadə etməyə və bu yolla cəzadan qaçmağa çalışırlar. Ancaq bu cür idmançıların sayı çox azdır. 


Ümumiyyətlə, idmançını gündəmdə saxlamaq düzgün deyil. Azərbaycanda idmançıları az qala şou-biznes adamı kimi gündəmdə saxlayırlar. Bu da düzgün deyil. İdmançıların hamısı kasıb ailələrdən çıxıblar. Onlar çox əziyyət çəkirlər və idman karyeraları çox qısa olur. Bu boyda Azərbaycanın cəmi 7 nəfər olimpiya çempionu var. İndi 7 nəfər olimpiya çempionu bu boyda Azərbaycana problem oldu? Bu belə deyil axı! Bunları bu cür təqdim etmək doğru deyil. Bəs olimpiya çempionlarını tənqid edən deputatlar Azərbaycan üçün nə ediblər? Elnur Məmmədlini tənqid edirdilər. Məgər Elnur Məmmədli öhdəlik götürüb demişdi ki, mən gedib ikinci dəfə də olimpiya çempionu olacam? “İdmançı özü istəmədi çempion olsun” nə yanaşmadır? Məğlubiyyəti idmançı qədər çətin həzm edən yoxdur. Bunun ağrısını idmançının özü qədər hiss edən olmaz.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
17:11

"Turan Tovuz"un "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

Facebookdan bizi izləməyi unutmayın.
X