Yeni mövsümə hazırlığın üçüncü mərhələsini Avstriyada keçirən "Simurq" məşqlərə ara vemədən davam edir. Komandanın bügünkü hazırlığı əsasən taktiki təmrinlər üzərində qurulumuşdu. Georgi Çixradzenin yetirmələri topla qısa və uzun məsafəli ötürmələrdən sonra müxtəlif gedişli hücumların təşkilindən ibarət tapşırıqları yerinə yetirib. Günün son məşqində isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Zaqatala təmsilçisi sabah Avstriya toplanışı çərçivəsində ikinci yoxlama görüşünə çıxacaq. Komandanın rəqibi "İstanbul Böyükşəhir Bələdiyyəspor" olacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:30-da start götürəcək.
"Simurq" hazırlıqla yanaşı transfer çalışmalarınıda davam etdirməkdədir. Bugündən komandanın düşərgəsinə baxış üçün dəvət edilmiş daha iki futbolçu qoşulub. Bunlar yarımmüdafiəçi Patrik Osiako və müdafiəçi Dario Dakoviçdir.
Qeyd edək ki, kenyalı Patrik ölkəsinin yığma komandasında da forma geyinir və onun son klubu İsrailin Ber-şeva şəhərinin təmsilçisi olan "Hapoel" klubu olub. 26 yaşlı Dakoviçin isə ötən mövsüm Avstriyanın "Vakker" komandasında forma geyinib.
İdman24.az