Son oyunlarda "Turan Tovuz"un uğurlu çıxış etməsi Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun diqqətindən də yayınmayıb. Fanat.az xəbər verir ki, icra başçısı klubu ziyarət edib.
Tovu şəhər stadionuna təşrif buyuran Tofiq Zeynalov komandadakı vəziyyətlə maraqlanıb. O, öz tövsiyyələrini verməklə yanaşı, klubdakı işlərin yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib. İcra başçısı "Turan Tovuz"un uşaq futbol məktəbiylədə yaxından maraqlanıb, uşaqların məşqini izləyib.