Arda Turan "Qalatasaray"a dönməyə razılıq verib. Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" qəzeti məlumat yayıb.
Bildirilir ki, Arda "Qalatasaray"da işləyən dostlarından biri vasitəsi ilə mesaj göndərib. "Ora mənim evimdi. İcarəyə götürmək istəsələr "Barselona" rəhbərliyi ilə danışaram. Çindən indiki qazancımın iki qatı təklif olunu. Amma getməyi düşürmürəm. "Qalatasaray"dan 5 milyon avroluq təklif gəlsə qəbul edərəm" deyə futbolçu bildirib.
Qeyd edək ki, Arda Turan 2012-ci ildə "Qalatasaray"dan "Atletiko"ya 13 milyon avroya transfer olunub. "Barselona" isə onu 2015-ci ildə 41 milyon avroya alıb.
Fanat.Az